N'us Gallery
Startap haqqında qısa məlumat – “N’us Gallery” platforması ölkə bazarında alternativi olmayan innovativ bir sənət platformasıdır. Hazırda Azərbaycanın Mədəniyyət Nazirliyinin rezident platforması kimi fəaliyyət göstərir. Platformamız, sənətçiləri, dizaynerləri və sənətlə məşğul olan insanları bir çətir altında birləşdirməyi hədəfləyir. Bizim platformamızda həm təcrübəli, həm də gənc sənətçilər, dizaynerlər asanlıqla işlərini satıb auditoriyalarına çatma imkanı əldə edirlər. Qeyd etmək istərdim ki, platformamız peşəkar portfel təqdim edir. Platformamız vasitəsilə yaradıcı insanlar həm yerli, həm də qlobal bazara çıxış əldə edə bilir və portfel yaradaraq karyeralarına başlayırlar. Bizim platforma tək tərəfli deyil; o, eyni zamanda yaradılmış nümunələri alıcılara və həvəskarlara da əlçatan edir. Maraqlarımız "NFT" və ya "Müasir Texnologiyalar" sahəsidir. “N’us Gallery” platforması, texnologiya və sənətin sistematik formada birləşməsini təqdim edir. Xarici bazar imkanları ilə zəngin olan “N’us Gallery” platforması hazırda Avstriya, Qətər, Roma və Türkiyə bazarları ilə əlaqəlidir.
Startapın təsisçiləri – Nigar Novruzzadə, Nərgiz Məmmədova, Əmrah Bağırov, Nihat Babayev, Elvin Əliyev, Vüsalə Cəbiyeva
Təsis edilmə tarixi – 2020-09-17
Təqdimat – https://awards.idda.az/storage/uploads/cyakUic6Bnd7LPoLwZ9YXT2ej5arDiuhGWiwRnvj.pdf
LinkedIn – https://www.linkedin.com/in/nigar-novruzzad%C9%99-1645ba21a/
Startapın veb saytına keçid – https://nus.gallery/
Sosial media səhifələrinin linkləri – https://www.instagram.com/nusgalleryart/, https://www.linkedin.com/company/nusgallery, https://www.facebook.com/nusgallery/
Startapın inkişafı mərhələsi – Böyümə
Biznes modeli – Digər
Son 12 ay ərzində istifadəçilər/müştərilərin sayının dinamikası – 500-dən çox aktiv sənətçi var və 400-dən çox iri ölçülü əsər satışdadır. 3 dizayn kursu ilə əməkdaşlıq edirik və 150-dən çox dizayn tələbəsinin portfelinin inkişafını təmin edirik.
Son 12 ay ərzində gəlir (AZN ilə) – 17256