Layihənin adı – "DocNet" Elektron sənəd dövriyyəsi sistemi
Layihə haqqında məlumat (hansı proses rəqəmsallaşdırılıb) – "DocNet" Elektron sənəd dövriyyəsi sistemi Ultra şirkəti tərəfindən yaradılmış DocNet Elektron Sənəd Dövriyyəsi sistemində ən müasir texniki həllər və imkanlar istifadə edilmişdir : Proqramlaşdırma dilləri- Javascript, Delphi, C, Assembler. Müxtəlif verilənlər bazası kimi Microsoft SQL Server, SQL Server, Oracle SQL, PostgreSQL istifadə edilir. DocNet Elektron Sənəd Dövriyyəsi sistemi Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanına əsasən “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”-a əsasən yaradılmışdır və təşkilatların bütün kargüzarlıq dövriyyəsini (sənədlərin daxil edilməsi, razılaşdırılması, icrası, saxlanılması, axtarışı nəzarəti və xidməti sənədləşmə) əhatə edir. Öz növbəsində bu sistem təşkilatda kağız daşıyıcıların ləğv edilməsinə və ya minimuma endirilməsinə imkan yaradır. «DocNet» Elektron Sənəd Dövriyyəsi sisteminin əsas funksionallığı: o Bütün daxil olan, daxili və xaric olan sənədlərin əlavə edilməsi, yaradılması və qeydiyyatı; o Məlumatların təhlükəsizliyinin mərkəzləşmiş qaydada qorunması; o Web texnologiyaların istifadəsi; o Təşkilatı strukturun Sistemdə təşkil edilməsi geniş əvəzetmə və restrukturizaya imkanları; o Rahat, dinamik və çoxdilli interfeys. Fərdi iş masaları; o Elektron sənədlərdə imzaların, qeydiyyat nişanlarının və dərkənarların vizual görünüşü; o Kərgüzar qaydalarına və standartlarda uyğun sənəd şablonlarının yaradılması; o Sistemdə sənədlərin razılaşdırmasının, icranın və nəzarətin təşkili; o Rahat və sürətli axtarış (tam mətnli və atributlar əsasında) imkanları; o Bildirişlər (email vasitəsilə); o Sənədlərin tamlığını və etibarlılığını təmin edilməsi üçün sistemdə Elektron Rəqəmsal İmzadan (ERİ) istifadə edilir; o QR kod texnologiyaların tətbiqi; o Kənar pereferik avadanlıqlarla (skaner, printer, QR kode skaner) birbaşa inteqrasiyası; o Rahat və çevik inteqrasiya interfeysinə malikdir; o Mobil versiya (Android, iOS); o İnzibatçılıq (rollar üzrə); o Tarixçə və Geniş audit (dəyişliklərin izlənilməsi).
Layihəni həyata keçirən təşkilatın adı – ULTRA Technologies MMC
Layihə üzrə təqdim olunan xidmət tamamilə rəqəmsallaşıbmı? (end-to-end process) – bəli
Layihə son 12 ay ərzində həyata keçirilibmi? – bəli
Layihənin əsas nəticələri və ya nailiyyətləri hansılardır? – «DocNet» Elektron sənəd dövriyyəsi sisteminə keçidin əsas üstünlükləri: Beləlikə Elektron sənəd dövriyyəsi sisteminə keçid təşkilatların bir çox üstünlüklər əldə etməsinə imkan yaradır (aşağıda göstərilmişdir). Ən əsası saxlanılan məlumatların həcminin çoxalması və məlumatların mərkəzləşmiş formada emalı, rəhbərlərin və əməkdaşların sənədlərlə əlaqədar məlumatlarının artması ilə nəticələnir. • Sənədlərin razılaşdırılmasına ayrılan vaxtın dəfələrlə azaldılması; • Kağız daşıyıcılarına sərf olunan xərclərinin azaldılması (kağız, printer və. s); • Sənədlərin müxtəlif atributları əsasında sürətli axtarış imkanı; • Müxtəlif biznes proseslərin inteqrasiyası; • Sənədlərin itirilməsi və ya zərər görməsinin qarşısının alınması; • Sənədlərin icra prosesinə nəzarət etmək imkanı; • Sənədlərə icazəsiz girişlərin qarşısının alınması; • Dünyanın istənilən yerindən sənədlərin razılaşdırılması imkanı (İnternetin və xüsusi qoşulma imkanları olduğu halda); • Operativ qeydiyyatın təşkil olunması, statistik hesabatların əldə edilməsi; • Şəffaflığın artırılması.
LinkedIn - https://www.linkedin.com/in/mahammad-zulfugarli-862ba043/recent-activity/all/