Layihənin adı – Beynəlxalq dərəcəli HIMSS EMRAM 6-cı dərəcə akkreditasiya sertifikatının Cənubi Qafqazda ilk dəfə əldə edilməsi
Layihə haqqında məlumat (hansı proses rəqəmsallaşdırılıb) – TƏBİB-in tabeliyində "Yeni Klinika" PHŞ üçün HİMSS EMRAM 6 akkreditasiya sertfikatının əldə edilməsi HIMSS təşkilatı informasiya texnologiyaları və idarəetmə sistemlərindən ən yaxşı şəkildə istifadə etməklə səhiyyə xidmətinin keyfiyyət, təhlükəsizlik, iqtisadi səmərəlilik və sairə istiqamətlərdə yaxşılaşdırılmasına həsr olunmuş Amerika Birləşmiş Ştatlarının qeyri-kommersiya təşkilatıdır. 1961-ci ildə Xəstəxana İdarəetmə Sistemləri Cəmiyyəti olaraq təsis edilmişdir. Hazırda Cəmiyyətdə 100.000-dən çox fiziki şəxs, 480 provayder təşkilatı, 470 qeyri-kommersiya tərəfdaşı və 650 səhiyyə xidməti təşkilatı toplanmışdır. Sözügedən təşkilat İnformasiya texnologiyalarından daha faydalı şəkildə istifadə etməklə, tibbi müalicə prosesinin keyfiyyətinin yaxşılaşdırılması üçün çalışır. HIMSS təşkilatı bu məqsədlə fərqli dəyərləndirmə modelləri vasitəsilə dəyərləndirmələr aparır və tibb müəssisələrini beynəlxalq aləmdə bənzər qurumlarla müqayisə etmək imkanı yaradır. HIMSS təşkilatı dünya üzrə tibb müəssisələrindəki prosesləri təkmilləşdirmək və pasiyentlərin daha yaxşı xidmət almasını təmin etmək üçün hazırladığı qiymətyləndirmə modellərini HIMSS Analytics adı altında beynəlxalq standartlaşdırma mexanizminə çevirmişdir. Yeddi ssəviyyəli dəyərləndirmə modelləri demək olar ki, rəqəmsal sağlamlıq transformasiyasının hər bir bölməsini dəstəkləyir. HIMSS Analytics beynəlxalq standartlaşdırma mexanizminə daxil olan və ən geniş yayılmış modullardan biri Elektron Tibbi Qeydiyyatın Adaptasiyası Moduludur. (EMRAM). Sözügedən modul stasionar xidmət göstərən səhiyyə müəssisələrində istifadə olunan bir moduldur. Bu modul ən əsas xidmətlərdən tutmuş kağızsız tibbi qeyd mühitinə qədər xəstəxanaların bir sıra elektron tibbi qeyd imkanlarını əhatə edir. HIMSS EMRAM modulu vasitəsilə tibb müəssisələrinin rəqəmsal proseslərini qiymətləndirmək və çatdıqları səviyyəni müəyyən etmək üçün beynəlxalq səviyyədə qəbul edilmiş reytinq hazırlayır və 6-cı və 7-ci səviyyəyə çatmış tibb müəssisələrini beynəlxalq arenada bəyan edərək akkreditasiya sertifikatları təqdim edir. Çatışmayan tələblərin təmin edilməsi zamanı Yeni Klinikada əlaqəli iş proseslər təkmilləşdirilmiş və ən yüksək səviyyədə elektronlaşdırma işləri icra edilmişdir. İcra edilən işlərə • Qapalı dövrə dərman tətbiqetmə sisteminin 50%-in üzərində qurulub, tətbiq edilməsi; • Müalicə prosesi ilə bağlı təyinatların 90%-in üzərində elektronlaşdırılması; • Müəssisə daxili tibbi sənədləşmənin 95%-in üzərində elektornlaşdırılması; • Həkimlər və tibb bacıları üçün elektron Qərar Dəstək Sistemlərinin hazırlanıb, tətbiq edilməsi; • Laboratoriyaların 95%-in üzərində elektornlaşdırılması • Xəstəxana İdarəetmə Sistemin kəsilməzliyi üçün bir sıra standartların tətbiq edilməsi; • Müalicə və müayinə nəticəsində əldə edilən məlumatların analizi və həmin nəticələrdən keyfiyyətin yaxşılaşdırılmasında istifadə ilə bağlı yeniliklərin tətbiqi; • Pasiyenlərin öz sağlamlıq qeydlərinə əlçatanlığının genişləndirilməsi; • Tibb müəssisəsinin heyyətinin sözügedən yeniliklər üzrə təlimatlandırılması və s. məqamları misal göstərmək olar.
Layihəni həyata keçirən təşkilatın adı – TƏBİB PHŞ "Rəqəmsal Tibbi Həllər" MMC
Layihə üzrə təqdim olunan xidmət tamamilə rəqəmsallaşıbmı? (end-to-end process) – bəli
Layihə son 12 ay ərzində həyata keçirilibmi? – bəli
Layihənin əsas nəticələri və ya nailiyyətləri hansılardır? – Qeyd edilən rəqəmsal yeniliklərin tətbiqi ilə xidmət kefiyyətinin yüksəldilməsi, pasiyent təhlükəsizliyinin təmin edilməsi, tibbi personalın təcrübəsinin genişləndirilməsi, iqtisadi səmərənin artması, pasiyentlərin sözün yaxşı mənasında müalicə prosesinə daxil edilməsi və sairə istiqamətlər üzrə yaxşı nəticələr əldə edilmiş və ən önəmlisi Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə tanınması istiqamətində uğurlu addımlar atılmışdır. Bir daha qeyd edək ki, bu sertifikat Cənubi Qafqazda ilk dəfə əldə edilmişdir və Yeni Klinika ilə bağlı məlumatlar HIMSS təşkilatının rəsmi veb səhifəsində yerləşdirilmişdir.
LinkedIn - https://www.linkedin.com/company/tabibgovaz/posts/?feedView=all