"ATL Akademiya" MMC
İnnovasiya, texnologiya və sahibkarlıqla bağlı kursların sayı – ATL Akademiya innovasiya, texnologiya və sahibkarlıq sahəsində 13 kurs təklif edir. Bu kurslar əsasən texnologiya, proqramlaşdırma və biznes sahələrinə yönəlib. İT Biznes Analitika, Java Backend proqramlaşdırma, C# Backend proqramlaşdırma, Frontend proqramlaşdırma, iOS Mobil proqramlaşdırma, Advanced İOS Mobil proqramlaşdırma və Android Mobil proqramlaşdırma kursları texnologiya istiqamətindədir. Korporativ və məhsul idarəçiliyi üzrə Product Management, Advanced Product Management, Customer Journey Map, Backlog Management, Scrum Master, Agile Leadership kursları da mövcuddur. Həmçinin, "Digital Transformation Technologies" proqramı ilə rəqəmsal transformasiya üzrə biznes həlləri təklif edirik. Bu kurslar tələbə və korporativlərə innovasiya və texnologiya sahəsində bacarıqlarını inkişaf etdirmək imkanı verir.
Son 12 ayda məzunların sayı – Son 12 ay ərzində ATL Akademiya 600-ə yaxın məzun yetişdirmişdir. Bu məzunlar, akademiyanın təqdim etdiyi təhsil proqramları vasitəsilə bilik və bacarıqlarını inkişaf etdirərək, əmək bazarına rəqabətqabiliyyətli mütəxəssislər kimi daxil olublar.
Son 12 ayda məzun olduqdan sonra işlə təmin olunan məzunların sayı – Məzunlarımızın 92 faizi işlə təmin olunmuşdur. Bu uğurlu kadrlar, yerli və beynəlxalq şirkətlərdə müxtəlif texnoloji sahələrdə aktiv rol alaraq, öz peşəkar karyeralarına başlanğıc etmişdir. ATL Akademiya, tələbələrə karyera dəstəyi göstərməyə xüsusi önəm verir. Müasir tədris metodlarımız, onlara iş dünyasının dinamikasına uyğun bilik və bacarıqları qazandıraraq, karyera məqsədlərinə çatma yollarını açır.
Sosial media səhifələrinin linkləri – https://www.linkedin.com/school/atlacademyaz/, https://www.instagram.com/atlacademy.az?igsh=ajdid2ZnYzI4MjZl, https://www.facebook.com/atlacademy.az