AZ EN
SABAH.lab

SABAH.lab

“SABAH.lab” Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Təhsil İnstitutu nəzdində yaradılmış startap akselerasiya mərkəzidir. Məqsədimiz müxtəlif akselerasiya proqramları vasitəsilə Azərbaycanda innovativ startap ekosistemini inkişaf etdirməkdir.
SABAH.lab tərəfindən startapların təsis olunub inkişaf etməsində dəstək göstərmək üçün 6 aylıq “Yarat” və 3 aylıq “Sürət” proqramları yaranmışdır. “IE” Biznes Məktəbi bu proqramlarda rəsmi tərəfdaş qismində bilavasitə iştirak edir və proqram iştirakçılarına startap təhsili, mentorluq, məlumatların mübadiləsi, investorlara çıxış və digər məsələrdə dəstək göstərir. (NY Times-a görə, “IE” Biznes Məktəbi sahibkarlıq təhsili üzrə Avropada birinci, dünyada isə 4-cü yerdədir).
  “Yarat” proqramı 2021-ci ilin Noyabr ayından etibarən başlamışdır. 1000-dən artıq müraciət daxil olmuş, və nəticə etibarı ilə 10 startap komanda formalaşmışdır. Həmçinin “Sürət” proqramına isə 200-dən çox müraicət daxil olmuşdur və nəticədə 11 komanda ilə yeni kohort-a keçid etmişik. Proqramların yekunu olaraq 1000-dən çox qonağı və 100-dən çox investorları bir araya gətirən “Baku ID” tədbiri keçirilmişdir. (Baku ID barədə əlavə məlumat almaq üçün www.bakuid.com saytına daxil ola bilərsiniz.) Bu uğurlu nəticənin davamı olaraq, “IE” Biznes Məktəbinin dəstəyi ilə yüzlərlə müraciətçi arasından seçilən 12 innovativ komanda ilə növbəti akselerasiya proqramımızın icrasına başlamışıq.
SABAH.lab olaraq biz müşahidə edirik ki, ölkəmizdə bu ekosistemi müxtəlif spektrlardan  inkişaf etdirmək üçün yeni layihələrin yaranması zəruri idi. Buna görə də biz SABAH.academy və SABAH.inkubasiya layihlərinə start verdik.

https://www.sabahlab.edu.az/

İctimai səsvermə bitdi! İndi vaxt jüri seçimlərinindir!

Səsverməniz uğurla həyata keçdi!

Səsvermədə xəta yarandı! Xahiş edirik, bir daha cəhd edin!

Siz artıq bu nominasiya üzrə bir dəfə səs vermisiniz!