Aygün Mirzəliyeva

Sahibkar kimi iştirak etdiyiniz proqramların siyahısı:
- Div Academy
- Fikir Co-working
- Kudos Academy
- Bacararsan.az


Birgə təşkil etdiyiniz proqramların siyahısı:

- Div Academy tərəfdaşlığı ilə İsmayıllı, Şamaxı və Ağsu rayonlarında 25 tələbənin kompüter və internetlə təmin olunaraq şəxsi vəsaitim hesabına 8 aylıq IT dərslərinin keçirilməsini təmin etmişəm. 
- Bacararsan.az - layihəsi çərçivəsində 100-ə yaxın fiziki məhdudiyyəti olan şəxsin IT sahəsində karyera qura bilməsi üçün ödənişsiz vebinarların keçirilməsi və bu təlimlərin ömürboyu əlçatan olması
- Enactus layihəsi çərçivəsində 40 fiziki məhdudiyyətli şəxsə ödənişsiz proqramlaşdırma dərslərinin tədris olunması
- Dost Agentliyinin təşkilatçılığı ilə 20 nəfər əlilliyi olan şəxsə IT üzrə seminarın keçirilməsi

Son 12 ayda başlatdığınız layihə(lər)in adı:

Aşağıda qeyd etdiyim tədbirlərin təşkilatçısı olaraq 3000-dən çox innovasiya sahəsinə maraqlı gənc IKT sahəsi üzrə ödənişsiz infosessiya almışdır:
- Shopify-a gedən yol (Shopify-da çalışan həmyerlimiz Elvin Əfəndiyev ilə tədbir)
- Ölkədə rəqəmsal savadlılığın artırılması tədbirləri (Murad Nərimanlı, Nahid Camallı, Rəşad İbrahimov, Gülnar Fəqanlı)
- Career Mapping - ADA university (Taryel Ağazadə, Rəşad İbrahimov)
- IT Career Days (Nəzrin Səfərova, Ülfət Baxışov, Rafiq Məmmədzadə)
- Data Analitka üzrə savadlılığın artırılması məqsədli seminar (Sabir Məlikzadə)
- SEO üzrə savadlılığın artırılması məqsədli seminar (Müzəffər Qaraxanlı)
- Dövlət Məşğulluq Agentliyi ilə birgə tərəfdaşlıq çərçivəsində IKT sahəsi üzrə 200-ədək işsiz gəncin təqaüdlü təhsilinin təmin olunması

Şirkətim "Netty Natinal Internet Award" müsabiqəsində "Elm, Təhsil və İnnovasiyalar" kateqoriyası üzrə nominant olmuşdur.
Həmçinin, mərkəzimizdə olan tədbir zalından IT tədbirləri keçirməsi məqsədi ilə digər şəxslərin də ödənişsiz tədbir zalımızdan istifadə edə bilməsi üçün ödənişsiz məkan dəstəyi göstəririk.