Qaydalar

Qaydalar

Mükafatlandırma mərasimində iştirak qaydaları

  1. Mükafatlar 8 nominasiya üzrədir.
  2. Müraciət hər kəs üçün açıqdır. Hər bir nominasiyanın meyarlarına cavab verən müvafiq məlumatları təqdim etməklə namizədlik üçün müraciət etmək olar.
  3. Hər namizədlik üçün yalnız bir ərizə göndərilə bilər.
  4. Ərizəçi təqdim edilmiş məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.
  5. Ərizəçi müraciət etməzdən əvvəl telefon nömrəsi ilə yoxlama prosesindən keçir.
  6. Ərizə təqdim edildikdən sonra redaktə edilə bilməz.
  7. Hər bir qoşma üzrə təqdim olunan siyahıdan yalnız bir sənədin yüklənməsi kifayətdir
  8. Namizədlik üçün müraciət prosesi 2025-ci il sentyabrın 22-dan oktyabrın 22-sı saat 23:59:59-a qədər davam edir.
  9. Yalnız meyarlara və məlumatın dolğunluğuna cavab verən müraciətlər ictimai səsvermə mərhələsinə keçəcək.
  10. İctimai səsvermə mərhələsi 2025-ci il oktyabrın 27-dən noyabrın 27-dək davam edəcək.
  11. Tamaşaçılar hər nominasiya üzrə yalnız 1 namizədə səs verə biləcəklər.
  12. Münsif seçim mərhələri 2025-ci il dekabrın 1-dən dekabrın 7-dək davam edəcək
  13. Nominasiyalar üzrə qaliblər 17 dekabr 2025-ci il tarixində Bakıda keçiriləcək IDDA Awards tədbirində elan ediləcək.
  14. Nominasiyaların bütün finalçıları 17 dekabr 2025-ci il tarixində keçiriləcək IDDA Awards tədbirinə dəvət olunacaqlar.

idda.az

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Daha çox