Qaliblər 2024
Qaliblər 2024
Ilin Ekosistem Oyunçusu - İnnostart
İNNOSTART, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC-nin təşkilatçılığı ilə Azərbaycanın regionlarında startap ekosistemini gücləndirmək məqsədilə həyata keçirilən layihədir. Layihənin məqsədi, bölgələrdəki tələbələrə, gənclərə və bu sahəyə maraq göstərən hər kəsə innovativ ideyalarını inkişaf etdirmək, startap ekosistemi haqqında məlumat vermək, onları uğurlu startaplara çevirməyə dəstək olmaq və yerli icmaların formalaşmasını təşviq etməkdir. İNNOSTART layihəsi ilk dəfə 2022-ci ildə Şəki, Zaqatala, Mingəçevir, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərini əhatə etməklə həyata keçirilmişdir. 2023-cü ildə də həmin bölgələrdə gənclər üçün maarifləndirici tədbirlər baş tutmağa davam etdirilmişdir. 2024-cü ildə isə İNNOSTART layihəsi əhatə dairəsini genişləndirərək, ölkənin digər regionlarında icma tədbirləri - maarifləndirici görüşlər, müzakirələr, təlimlər, panellər, hakatonlar, inkubasiya proqramları və yekun olaraq regional innovasiya bootcampı təşkil etməyə başlamışdır. Yeni əhatə edilən regionlara Samux, Göygöl, Gəncə, Astara, Cəlilabad, Lerik, Masallı, Lənkəran, Abşeron, Qusar, Quba, Xaçmaz, Qobustan, İsmayıllı, Şamaxı, Sumqayıt, Culfa-Ordubad, Babək, Şərur-Şahbuz-Sədərək və Naxçıvan daxildir.
LinkIlin Kəşfi - Corpowid
Corpowid – veb-saytlar üçün rəqəmsal əlçatanlıq "widget"-dır. "Widget"-miz vasitəsilə epilepsiya, disleksiya, məhdud görmə qabiliyyəti, idrak çətinlikləri və digər sağlamlıq məhdudiyyətləri olan istifadəçilər üçün nəzərdə tutulmuş funksionallıq təmin edə bilərsiniz. Biz internetdən xəbər alırıq, dostlarımızla ünsiyyət qururuq, alış-veriş edir və hətta onlayn ödənişlər edirik. Təəssüf ki, qlobal internet resurslarının böyük bir hissəsi, yəni 96%-dən çoxu əlilliyi olan istifadəçilər üçün uyğun deyil, halbuki qlobal internet istifadəçilərinin 20%-i məhz əlilliyi olan şəxslərdir. Corpowid olaraq bizim məqsədimiz internet resurslarını əlçatan etmək və əlilliyi olan istifadəçilərə bərabər hüquqlar təmin etməkdir. Başqa sözlə, interneti hər kəs üçün əlçatan etməkdir. Biz təşkilatın ölçüsündən, büdcəsindən və fəaliyyət sahəsindən asılı olmayaraq, veb-sayt sahibləri üçün əlçatanlıq funksionallığı və rəqəmsal əlçatanlıq təmin edən texnoloji həllər təklif edirik.
LinkEkosistemin Lokomotivi - Isa Qasımov
2013-cü ildən etibarən innovasiya ekosistemində ekspert, mentor, təlimçi, məruzəçi, münsiflər heyəti üzvü müxtəlif proqramlarda iştirak edib. Müxtəlif illərdə təlim və mentorluq dəstəyi dinləyicilərinin sayı yüzlərlədir. O, bir sıra proqramların təşkilində iştirak edib - Yeni Fikir startap müsabiqəsi (2013-cü ildən etibarən), Smart Bridge, Regionalarda startap və inkubasiya proqramı və s. “Yeni Fikir”, “Smart Bridge-(Texnologiya, Biznes, İnnovasiya)” layihələrinin təsisçisi, Texnologiyaların Transferi və Elmin Kommersiyalaşdırılması Platformasının həmtəsisçisidir. 1000-dən çox startap layihənin qiymətləndirilməsi, o cümlədən 100-ə yaxın startapın ümumi inkişafı, onlardan 40 startapa isə inkubasiya xidmətləri və toxum investisiyanın verilməsini təşkil edib.
LinkIlin Startapı - Dosty
“Dosty” - ev heyvanı sahibləri üçün onların sevimli heyvanlarının sağlamlığını və həyat tərzini idarə etməyə kömək etmək məqsədilə hazırlanmış hərtərəfli bir mobil tətbiqdir.
Linkİlin Rəqəmsal Layihəsi - ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 2023-cü il tarixli, 2317 n-li, "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar, çağırışçıların yekun tibbi qiymətləndirilməsi işləri üzrə proseslərin idarə edilməsi üçün "Tibbi Şəhadətləndirmə" altsistemi qurulmuşdur. Layihə çərçivəsində ƏƏSMN daxili altsistemləri və əlaqədar dövlət qurumları ilə (SHXÇDX, İTSDA, TƏBİB, Səhiyyə Nazirliyi) elektron məlumat mübadilələri üçün inteqrasiyalar qurulmuş, sənədlərin elktron qaydada imzalanması daxil, bütün proseslərin tam şəkildə avtomatlaşdırılması və proseslərin kağız sənədlər olmadan idarə edilməsi təmin edilmişdir. Belə ki, yekun tibbi qiymətləndirilməsi aparılacaq çağırışçılar haqqında göndəriş (Forma-44) SHXÇDX-nin elektron informasiya sistemindən elektron qaydada qəbul olunur, avtomatik rejimdə növbə təyin olunur, çağırışçı mərkəzə yaxınlaşdıqda növbə aktivləşdirilir, vətəndaşın növbəsi çatdıqda qəbul həkimlərinə yönləndirilməsi həyata keçirilir. Həkim qəbulu, müəssisə daxili və xarici (TƏBİB və SN müəssisələrinə) müayinə göndərişlərinin verilməsi, müayinə cavablarının həmin müəssisələrdən elektron qaydada alınması, həkim rəylərinin verilməsi, tibbi qiymətləndirmə komissiyalarına yönləndirmələr və komissiya üzvləri tərəfindən sənədlərin formalaşdırılması tam elektron mühitdə həyata keçirilir. Bütün sənəd və göndərişlər SİMA elektron imzası ilə imzalanır.
Linkİlin Bacarıq Gücü - SABAH.academy
Bir təhsil platforması kimi sahibkarlıqla bağlı mürəkkəb bilikləri sadələşdirərək hər kəs üçün əlçatan edir. 4 aylıq müddəti əhatə edən SABAH.academy proqramı universitetlərin 1-ci kurslarından startaplaraç eləcə də korporasiyalara qədər fərqli auditoriyalara müraciət edir. Akademiya sahibkarlıq ruhu olan biznesyönümlü düşüncəyə malik gənclər yetişdirmək üçün lazimi bilik və bacarıqları universitet tələbələrinə öyrədir.
LinkIlin Texnoloqiya Tədbir - II Aerokosmik Modelçilik Festivalı
Hər il 12 aprel tarixində, beynəlxalq kosmonavtika günü münasibəti ilə, “Yeni Texnologiyaların İnkişafına Dəstək” ictimai birliyinin təşəbbüsü ilə, «Aerokosmik Modelçilik Festivalı» təşkil edilir. Festival 2 turdan ibarət olacaqla, ümumilikdə 7 növ üzrə keçiriləcəkdədir. Bunlar müvafiq olaraq raket modelçiliyi üzrə; Streamer S3-A1, Streamer S-3A, Paraşüt S-6B, Raketoplan S-4C Eksperimental raket modelləri və əlavə olaraq FPV Dron və Təyyarə modellərindən ibarətdir. Tədbirdə həmçinin, intellektual viktarina və aviaşou xarakterli helikopter və təyyarə modellərinin nümayişi həyata keçrilir. Aerokosmik Modelçilik Festivalı iştirakçılara texniki idman növü kimi aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik olaraq təkmilləşdirmək üçün şərait yaradır. Ənənəvi olaraq, bu sahə üzrə müxtəlif hard ware startaplarının sərgisi təşkil olunur ki, bu da yerli özəl və dövlət qurumların diqqətini cəlb edə bilər. Bu il ikicisi keçrilən Aerokosmik Modelçilik Festivalında, 1200-dən çox izləyici , 200 yaxın iştirakçı qismində şəxslər qeydiyyat keçmişdir. Sevindirici haldır ki, bu ilki finalistlərin 35% xanımlar təşkil etmişdir. Festivalın əsas məqsədi və fəaliyyət istiqaməti, Azərbaycanda roket və peyk modelçiliyi idmanının kütləviləşməsinə və inkişafına kömək etmək, innovativ gənclərin hərtərəfli və ahəngdar inkişafında və sağlam həyat tərzinin formalaşmasında bu texniki idman növünün rolunu artırmaqdan ibarətdir. Yüksək texnologiyalara əsaslanan roket və peyk modelçiliyi texniki idman növü təmiz havada intellektual aktivliyi və fiziki fəaliyyəti özündə birləşdirir. Yarışlar həm fərdi, eləcədə komanda halında olaqla, uçuşun hündürlüyü və müddəti, eniş dəqiqliyi üzrə keçirilir. Hazır modellərin aidiyyati yarış səviyyəsi üzrə roketin və ya peykin detallılıq dərəcəsi və uçuşun reallığı qiymətləndirilir.
LinkIlin Rezidenti - Crocusoft
Crocusoft 2015-ci ildən yerli və xarici bazarlar üçün proqram təminatı həlləri hazırlanması üzrə ixtisaslaşmış, gənc, innovativ komandaya sahib proqram təminatı hazırlanması şirkətidir. Sürətlə inkişaf edən şirkətlərdən biri olaraq, 9 illik fəaiyyətimiz ərzində fərqli sənaye sahələrindən olan şirkətlər, təşkilatlar və dövlət qurumlarının işinin rəqəmsal əsaslarla təşkil edlməsində iştirak etmişik. Crocusoft ERP, E-commerce, CRM, Mobil tətbiq, TMS, WMS, LMS, Mobil loyallıq tətbiqləri, HRMS və digər həlləri təqdim edir.
LinkIlin Icması - ProductTank Baku
ProductTank Baku qlobal məhsul mütəxəssisləri üçün yaradılmış görüşlər şəbəkəsinin bir hissəsidir. Bakıdakı məhsul menecerlərinə məhsul dizaynı, inkişafı, idarəetməsi, biznes modeli, metrlər, istifadəçi təcrübəsi və daha çox sahələrdə fikirləri və məlumatları paylaşmaq üçün unikal bir məkan təqdim edir. İcma böyüməni və bilik paylaşımını təşviq edərək, həm dövlət, həm də özəl sektorda, eləcə də startaplar arasında məhsul sahibləri ilə səmərəli əlaqə yaratmağa kömək edir. O, həmçinin məhsul sahibləri kimi karyerasına başlayan şəxslər üçün resurslar təqdim edir və artıq bu rolda olanların bacarıq inkişafını dəstəkləyir. ProductTank Baku yerli Məhsul Sahiblərinin potensialını artırmağa həsr olunmuşdur və bölgədəki rəqəmsal ekosistemin böyüməsinə aktiv şəkildə töhfə verir. Həmçinin, aktiv Telegram səhifəmiz (t.me/po_pm_community) yeni məhsul yenilikləri, məhsul idarəçiliyi üzrə tendensiyalar, iş elanları, suallar və hətta "meme"lər paylaşmaq üçün mərkəz rolunu oynayır, icmanı cəlb edir və məlumatlandırır. ProductTank Pune (Hindistan) və ProductTank Dubay təşkilatçılarının son bir ildə Bakıda qonağımız olduğunu və bizimlə qlobal təcrübələrini paylaşdıqlarını qeyd etmək istərdim.
LinkİKT-də İlin Qadını - Günel İmamquliyeva
Universitetin Tələbə Elmi Cəmiyyəti olaraq 10-dan çox seminarların, konfransın və olimpiadaların təşkilatçısı. 1. Mentor- “CanSat 2023” – PiTech team- AACU-Finalist 2. Mentor- “Engineering hackathon”- AACU team 3. Local Instructor - KOICA 4. "Viveka Mentorship" program. Innovation and Digital Development Agency. 5. Soongsil University Enterpreneurship Trainer Program 2023- Innovation and Digital Development Agency, KOICA 6. STEPİ-HTP, K-İnnovation partnership program. Train Trainers- Seul, Koreya 7. “Innovative Funding Workshop”. Innovation and Digital Development Agency, KOICA 8. Münsif- Hult Prize, Bakı Ali Neft Məktəbi 9. KOİCA təlimlərində yerli mentor olaraq 20 startupa mentorluq. 10. İstanbul Texnik Universitetində keçirilən "CivilCon" təlimlərində universitetin "İnşaat" fakültəsinin tələbələrindən ibarət komandanını mentoru və təşkilatçısı.
Link