IDDA AWARDS
İnnovasiya liderlərinin müsabiqəsi!

Səs Ver

Haqqımızda

Haqqımızda

"IDDA Awards" 2022-ci ildə  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təsis edilən və innovasiyalar sahəsində həyata keçirilən mükafatandırma mərasimidir.

Əsas məqsəd ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında aktiv iştirak edən oyunçular arasında rəqabət mühiti yaratmaq və bu sahəyə olan marağı artırmaqdır.  “IDDA Awards” üzrə mükafatlandırma 11 nominasiya üzrə aparılır. Müraciət ictimaiyyətə açıqdır. Hər kəs hər bir nominasiya üzrə meyarlara cavab verən məlumatları təqdim etməklə nominasiyada iştirak üçün müraciət edə bilər.

Təqvim

Təqvim

0%

Tamamlandı

Mərhələ 1

Nominasiyalar

25%

Tamamlandı

Mərhələ 2

İctimai Səsverməyə Hazırlıq

50%

Tamamlandı

Mərhələ 3

İctimai Səsvermə

75%

Tamamlandı

Mərhələ 4

Səsvermə Nəticələri və Münsif Seçimləri

100%

Tamamlandı

Mərhələ 5

Mükafatlandırma Mərasimi və Qaliblərin Elanı

Nominasiyalar

Nominasiyalar

FAQ

Tez-tez soruşulan suallar

"IDDA Awards” müxtəlif nominasiyalar üzrə keçirilən, Azərbaycanın innovasiya ekosisteminin ən fəal iştirakçılarının təntənəli mükafatlandırma mərasimidir. Məqsəd ictimaiyyətin diqqətini Azərbaycanın texnologiya və innovasiya ekosisteminin uğurlu layihələri, ən fəal insanları və nailiyyətlərinə cəlb etmək və maraqlı tərəfləri yeni nailiyyətlərə həvəsləndirməkdir.

Namizədlik üçün müraciət etməklə siz öz nailiyyətlərinizi ekosistemin digər iştirakçıları ilə müqayisə edə, ictimaiyyətin nailiyyətlərinizdən nə dərəcədə xəbərdar olduğunu öyrənə və ən əsası nominasiyalardan birinin qalibi olmaq şansını əldə edə bilərsiniz. Qaliblərdən biri kimi siz avtomatik olaraq yerli innovasiya ekosisteminin tarixinə daxil olacaq və layihənizə çoxsaylı diqqəti cəlb edə biləcəksiniz.

Ərizə təqdim etmək, səsvermədə iştirak və mükafatlandırma mərasimində iştirak tamamilə pulsuzdur.

İctimai səsvermə mərhələsinə yalnız nominasiya üzrə müvafiq meyarlara cavab verən namizədlər keçə bilər. Nominasiyalar üzrə tələb olunan meyarlarla buradan tanış ola bilərsiniz. 

İctimai səsvermədə iştirak üçün ilkin olaraq qeydiyyat prosesindən keçmək lazımdır. Bundan sonra səs verən şəxs hər nominasiya üzrə yalnız bir namizədə səs verə bilər.

Əgər siz artıq nominasiyalardan birində namizədliyinizi irəli sürmüsünüzsə, yalnız namizəd kimi iştirak etmədiyiniz nominasiyalar üzrə səs verə bilərsiniz. Məsələn: Əgər "İlin Startapı" və "İlin İKT Sahibkarı" nominasiyalarına namizəd olmusunuzsa, o zaman bu nominasiyalara səs verə bilməzsiniz, lakin digər nominasiyalar üçün səs verə bilərsiniz.

İctimai səsvermədən sonra hər nominasiya üzrə ən yüksək səs toplamış 5 namizəd növbəti mərhələyə keçid qazanır. Daha sonra münsiflər heyəti ictimai səsvermə nəticələrini görmədən seçilmiş beş namizədin müraciətlərini nəzərdən keçirir. Qiymətləndirməyə əsasən, münsiflər heyəti top 3 namizədi müəyyənləşdirir.

Münsiflər heyəti innovasiyalar sahəsində geniş təcrübəyə və biliyə malik 15+ nəfərdən ibarətdir. Münsiflər heyəti üzvlərinin adları “IDDA Awards”ın mükafatlandırma mərasimində açıqlanacaq.

Hər kateqoriya üzrə TOP 3 namizəd 1 dekabr 2023-cü il tarixində keçiriləcək "Innovation Summit”ə ödənişsiz olaraq dəvət olunacaq. Bütün digər namizədlər tədbirdə iştirak etmək üçün bilet əldə etməlidirlər.

Sosial media hesablarımız vasitəsilə və ya sualınızı awards@idda.az elektron poçtuna göndərməklə bizimlə əlaqə saxlaya bilərsiniz.

Bəli. Hər bir iştirakçı bir neçə müvafiq nominasiya üzrə müraciət edə bilər.

faq

idda.az

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Daha çox