Qaydalar
Qaydalar
Mükafatlandırma mərasimində iştirak qaydaları
- Mükafatlar 13 nominasiya üzrədir
- Müraciət hərkəz üçün açıqdır. Hər bir nominasiyanın meyarlarına cavab verən müvafiq məlumatları təqdim etməklə namizədlik üçün müraciət etmək olar..
- Hər namizədlik üçün yalnız bir ərizə göndərilə bilər
- Ərizəçi təqdim edilmiş məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır
- Ərizəçi müraciət etməzdən əvvəl telefon nömrəsi ilə yoxlama prosesindən keçir
- Ərizə təqdim edildikdən sonra redaktə edilə bilməz
- Namizədlik üçün müraciət prosesi 2023-cü il sentyabrın 12-dən 6 oktyabr saat 23:59:59-a qədər davam edir.
- Yalnız meyarlara və məlumatın dolğunluğuna cavab verən müraciətlər ictimai səsvermə mərhələsinə keçəcək
- İctimai səsvermə mərhələsi 2023-cü il oktyabrın 11-dən noyabrın 13-dək davam edəcək
- Tamaşaçılar hər nominasiya üzrə yalnız 1 namizədə səs verə biləcəklər
- Nominasiyalar üzrə qaliblər 1 dekabr 2023-cü il tarixində Bakıda keçiriləcək InMerge İnnovasiyalar Sammitində elan ediləcək.
- Nominasiyaların bütün finalçıları 1 dekabr 2023-cü il tarixində keçiriləcək InMerge İnnovasiyalar Sammitinə dəvət olunacaqlar.