Qaliblər 2022

Qaliblər 2022

“İlin Texnologiya Mediası” - “Technote”

“Technote” texnologiya və startap platformasıdır. 2015-ci ildən Azərbaycanda fəaliyyət göstərən platformanın əsas məqsədi ölkədə və dünyada baş verən ən son texnoloji yenilikləri, hadisələri doğma dildə yerli oxucu kütləsinə çatdırmaqdır.

Link

“İlin Bacarıq Gücü” - “Gələcək üçün bacarıqlar”

“Gələcək üçün bacarıqlar” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilir. Əsas məqsəd innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsidir.

Link

“İlin Rəqəmsal Layihəsi” - “Əmək və Məşğulluq“ altsistemi (ƏMAS)

ƏMAS əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsinə, insan resursları ilə işin təşkilinə və bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platformadır.

Link

“İlin Ekosistem Oyunçusu” - “Innoland”

INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi ideyası olan hər kəsin öz ideyasını reallaşdırması, özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviq edilməsi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan və dünyaya rəqabət qabiliyyətli yeni texnologiyalar çıxarılmasını əsas məqsəd kimi irəli sürmüş İnkubasiya və Akselerasiya mərkəzidir.

Link

“Ekosistemin Lokomotivi” - Tariyel Ağazadə

Tariyel Ağazadə 5 ilə yaxındır ki, startap, innovasiya və texnoloji media sahəsində fəaliyyət göstərir. 100-dən çox startapa mentorluq dəstəyi verib, 50-dən çox müxtəlif yerli və beynəlxalq innovasiya tədbirləri təşkil edib.

Link

“İlin İKT Sahibkarı” - Günay İmanzadə

Günay İmanzadə “Metatesk” “Entesk” “Enthouse” şirkətlərinin həmtəsisçisidir. Google for Startups Silkway Accelerator, Takeoff Baku, Teknofest Baku, Teknofest Türkiyə, Takeoff Accelerator kimi proqram və müsabiqələrdə iştirak edərək yüksək sıralarda yer alıb.

Link

“İlin Kəşfi”- “AYVA”

“AYVA” ABB bank tərəfindən dəstəklənir və ofisiantlar (və digər sənayelər) üçün nağdsız məsləhətlər üçün fintech həllidir və onu daha rahat, əyləncəli, çevik və asan edir. Artan tendensiya, QR skanlarının artması, eləcə də reytinq və məsləhətlər dəqiq statistika təmin edə bilər.

Link

“İlin Startapı”- “PUSH 30”

Push30, əsas ideyası ofis işçilərinə daha sağlam həyat tərzi sürməyə kömək etmək olan korporativ fitness və rifah təminatçısıdır. Push30 bir tətbiq və bir abunə çərçivəsində korporativ və dövlət işçilərinə Bakı, Sumqayıt və Xırdalan üzrə 100-dən çox fitness və idman mərkəzinə məhdudiyyətsiz giriş təklif edir.

Link