Şərtlər və Qaydalar

Şərtlər və Qaydalar

1.  Ümumi müddəalar

1.1.  Bu Şərtlər və Qaydalar ("Qaydalar") İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (bundan sonra – TƏŞKİLATÇI) tərəfindən təşkil olunan “IDDA Awards 2025” müsabiqəsi (bundan sonra- Müsabiqə) qeydiyyat ilə bağlı şərtlər və qaydaları müəyyən edir. 

1.2.  İştirakçılığa namizəd (bundan sonra- namizəd) hazırki müraciət formasını doldurmaqla  bu Qaydaları şərtsiz olaraq qəbul etmiş sayılır. 

 2.  İştirak hüququ

2.1.  Müsabiqədə iştirak hüququna yalnız IDDA Awards rəsmi vebsaytında (https://awards.idda.az/) qeyd edilən meyarlara cavab verən şəxslər malikdir.  

2.2.  Təşkilatçı, müraciətin müəyyən olunmuş meyarlara cavab vermədiyi hallarda, əsaslandırılmış səbəb göstərməklə onu qəbul etmək və ya iştirakçının namizədliyini ləğv etmək hüququna malikdir. Təşkilatçı, namizədə bu barədə əsaslandırılmış məluma _____(3) iş günü ərzində bu Qaydaların 1.2-ci bəndində qeyd olunmuş müraciət formasında bəyan edilmiş elektron poçt ünvanı vasitəsilə çatdırır. Müraciət etmiş namizəd öz namizədliyini 22 oktyabr tarixinə qədər awards@idda.az elektron poçt ünvanına müraciət etməklə ləğv edə bilər. Ləğvetmə ilə bağlı sorğu daxil olduqdan sonra 3 iş günü ərzində baxılır və namizədliyin ləğvi barədə qərar qəbul edilir.  Mərhələlər meyarlar və münsif qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat “Qaliblərin seçilməsi” bölməsinin 7-ci bəndində nəzərdə tutulmuşdur.

3.  İştirakın ləğvi və imtina hüququ 

 3.1.  Təşkilatçı:

3.1.1.  İştirakçının və ya namizədin təqdim etdiyi məlumatların düzgünlüyü, müəyyən edilmiş meyarlara ya qaydalara (https://awards.idda.az/) uyğunluğu və ya qanunvericiliklə müəyyən edilmiş digər hüquqi tələblərə cavab verməməsi hallarında Təşkilatçı İştirakçıya və ya anmizədə bu barədə əsaslandırılmış yazılı məlumatlandırmanı təmin edirnamizədə öz müraciət forması ilə təqdim olunmuş məlumatların dəqiqləşdirilməsi, düzəliş edilməsi və ya tamlığının təmin edilməsi üzrə 3 (üç) iş günü müddətində əlavə müddət verə bilər. İştirakçı və ya namizəd müvafiq müraciət üzrə yuxarıda qeyd edilən halların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görmədiyi təqdirdə Təşkilatçı onun iştirakını və ya müraciəti ləğv edə bilər.

3.1.2.  İştirakçı mandatının ləğvi Təşkilatçı tərəfindən həyata keçirilən yazılı məlumatlandırma ilə təmin edilir.  

3.2.  İştirakçı:

3.2.1.  İştirakçı bu Qaydaların 2.2-ci bəndi ilə müəyyən edilmiş müddət çərçivəsində istənilən vaxt müsabiqədə iştirakdan imtina etmək hüququna malikdir, lakin bu barədə Təşkilatçıya bu Qaydaların 7.2.1-ci bəndində qeyd edilmiş Müraciət etmiş namizəd öz namizədliyini 22 oktyabr tarixinə qədər awards@idda.az elektron poçt ünvanına müraciət etməklə ləğv edə bilər.

3.2.2.  İmtina istənilən vaxt awards@idda.az elektron poçt ünvanına yazılı müraciət göndərm Müraciət etmiş namizəd öz namizədliyini 22 oktyabr tarixinə qədər awards@idda.az elektron poçt ünvanına müraciət etməklə ləğv edə bilər. Ləğvetmə ilə bağlı sorğu daxil olduqdan s sonra 3 iş günü ərzində baxılır və namizədliyin ləğvi barədə qərar qəbul edilirmailto:awards@idda.az

3.2.3.  Təqdim edilən materiallar üzərində bütün əqli mülkiyyət hüquqları (o cümlədən müəlliflik hüquqları və əlaqəli hüquqlar) iştirakçıya və/və ya müvafiq hüquq sahibinə məxsusdur. Təqdim edilən materialların törəmə əsər və ya mövcud əsərin təkmilləşdirilməsi olması halında, iştirakçı ilkin müəllifdən və ya hüquq sahibindən zəruri razılıqları almalı və bu barədə Təşkilatçını məlumatlandırmalıdır. Təqdim edilən materiallardan “IDDA Awards 2025” çərçivəsində yalnız qeyri-kommersiya məqsədləri üçün və müsabiqənin təşkili ilə bağlı Təşkilatçı tərəfindən  istifadə edilə bilər.

3.2.4.  Qalib seçildiyi halda, ad; şirkətin adı; foto; video və digər vizual materiallar  iştirakçının razılığı ilə “IDDA Awards 2025” tanıtımında istifadə oluna bilər. 

4.  Fərdi məlumatların toplanılması və işlənilməsinə razılıq 

4.1.  İştirakçının razılığı fərdi məlumatların toplanılması və işlənilməsini əhatə edir. Toplanılmış fərdi məlumatlar yalnız “IDDA Awards 2025” müsabiqəsinin təşkili və keçirilməsi məqsədləri üçün emal olunur. Məlumatlar 22 sentyabrdan etibarən iştirakçılar tərəfindən platformaya daxil edilir və IDDA Awards rəsmi veb-saytında saxlanılaraq müvafiq texniki və təşkilati tədbirlərlə qorunur. Fərdi məlumatlar sistemdə “İDDA Awards 2025” müsabiqəsinin bit tarixdən maksimum 6 ay müddətində emal edilir və qorunur. İştirakçının hazırki Qaydalara münasibətdə razılığı onun fərdi məlumatlarının toplanılmasına və emal olunmasına da şamil edilir. Toplanılmış fərdi məlumatlar yalnız “IDDA Awards 2025” müsabiqəsinin təşkili və keçirilməsi məqsədləri üçün emal edilir. İştirakçılar tərəfindən fərdi məlumatların təqdim olunması 22 sentyabr tarixindən etibarən platforma üzərindən həyata keçirilir. Fərdi məlumatlar “IDDA Awards 2025” rəsmi veb-saytında saxlanılır və müvafiq texniki və təşkilati tədbirlərlə qorunur. Fərdi məlumatların emalı və saxlanılması müsabiqənin bitmə tarixindən etibarən ən çoxu 6 (altı) ay müddətində həyata keçirilir. 

4.2.  Bu razılıq ərizəsi namizədin müraciət formasının təqdim edilməsi ilə əldə olunmuş aşağıdakı fərdi məlumatların emalını əhatə edir: soyad, ad, e-poçt ünvanı, əlaqə nömrəsi, iş yeri ünvanı, vəzifə, LinkedIn profil adresi və  https://awards.idda.az/ vebsaytında  göstərilən hər nominasiya üzrə tələb olunan digər məlumatlar 

4.3.  Fərdi məlumatlar ictimaiyyətə açıqlanmır, yalnız aşağıdakı məlumatlar ictimaiyyət üçün təqdim oluna bilər: ad, soyad, İştirakçı tərəfindən müraciət formasında bəyan edilmiş LinkedIn profili (mövcud olduqda),IDDA Awards 2025 mükafatlandırılma səbəbi və namizəd tərəfindən təqdim olunan qısa məlumatFərdi məlumatların toplanması və işlənilməsi məqsədi "IDDA Awards 2025” müsabiqəsində iştirakın təmin edilməsi, IRIA-nın marketinq fəaliyyətlərinin (o cümlədən İRİA tərəfindən keçirilən sorğular və tədqiqatlar) dəstəklənməsi və İRİA tərəfindən tanıtım materiallarının təqdim olunmasıdır. 

4.4.  "Fərdi məlumatların toplanılması və işlənilməsi Azərbaycan Respublikası Konstitusiyasının, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununun və tətbiq olunan digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq aparılır. 

4.5.  İştirakçı bu bəndlə öz fərdi məlumatlarının toplanmasına və işlənməsinə razılıq verir. Bu razılıq həmçinin müsabiqənin keçirilməsi ilə birbaşa bağlı hallarda fərdi məlumatların müsabiqənin münsiflər heyətinə və tərəfdaş təşkilatlara ötürülməsinə (təqdim edilməsinə və ya onlara girişin təmin edilməsinə) də şamil olunur. 

5.  Məlumatların Düzgünlüyü

5.1.  İştirakçı tərəfindən təqdim olunan bütün məlumatların düzgünlüyü, dəqiqliyi və aktuallığına görə məsuliyyət birbaşa İştirakçının üzərinə düşür. Təqdim edilən məlumatların yanlış, natamam və ya saxta olduğunun aşkar edildiyi hallarda iştirakçının müsabiqədən kənarlaşdırılması həyata keçirilir.  

6.  Məlumatların Məxfiliyi 

6.1. İştirakçının təqdim etdiyi fərdi məlumatlar məxfi hesab olunur və onların üçüncü şəxslərə verilməsi yalnız aşağıdakı hallarda yol verilə bilər: 

  • Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduqda; 

  • məlumat artıq ictimailəşdiyi hallarda; 

  • İştirakçı tərəfindən həmin məlumatların verilməsinə açıq şəkildə razılıq verildikdə. 

6.2. Bu  Qaydaların 6.1-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, iştirakçının fərdi məlumatlarının üçüncü şəxslərə verilməsi, yayılması və ya başqa üsullarla açıqlanması qadağandır.

7.  Qaliblərin seçimi

7.1. Qaliblərin seçilməsi öncədən elan edilmiş meyarlara əsasən həyata keçirilir. Meyarlar “awards.idda.az” vebsaytında dərc olunur.

7.2.  IDDA Awards 2025 müsabiqəsi üç mərhələdən ibarətdir:

7.2.1  Namizədlərin müraciətinin qeydə alınması: Namizədlərin müraciətinin qeydə alınması prosesi müsabiqədə iştirak etmək istəyən şəxslərin və ya təşkilatların rəsmi olaraq müsabiqəyə qeydiyyatdan keçməsi deməkdir. Bu mərhələdə namizəd müraciət formasında qeyd olunan lazımi məlumatları təqdim edir, meyarlara uyğunluğunu təsdiqləyən sənədləri əlavə edir və müraciəti sistemdə qeyd olunur. Müraciət barədə təsdiq alındıqdan sonra, TƏŞKİLATÇI iştirakçı tərəfindən yüklənmiş sənədlərin uyğunluğunu awards.idda.az vebsaytında qeyd edilmiş meyarlar əsasında yoxlayır. İştirakçı müvafiq meyar üzrə düzgün sənəd təqdim etmədiyi halda, onun namizədliyi ləğv edilir. Namizədliyin ləğv edilməsi barədə məlumat iştirakçıya elektron poçt vasitəsilə bildirilir. Müvafiq mərhələ üzrə müraciət  və qeydiyyat müddəti: 22 Sentyabr – 22 Oktyabr 2025-ci il.

7.2.2.  İctimai səsvermə: İctimai səsvermə mərhələsi IDDA Awards-da namizədlərin geniş auditoriya tərəfindən qiymətləndirildiyi mərhələdir. Geniş auditoriya dedikdə, ictimaiyyətin istənilən fərdi nəzərdə tutulur. İctimaiyyətin səsvermədə iştirakına hər hansı məhdudiyyət tətbiq edilmir və hər bir şəxs https://awards.idda.az/en/ vebsaytı üzərindən onlayn səsvermədə iştirak edə bilər. Səsvermədə iştirak edən şəxslər ilk növbədə müvafiq nominasiya üzrə təqdim edilmiş namizədlərlə tanış olur və daha sonra seçdiyi namizədə səs verir. Bu mərhələdə ictimaiyyət namizədlərlə tanış olur və öz seçdikləri namizədə səs verir. Səsvermə nəticələri əsasında hər nominasiya üzrə ən çox səs toplamış 5 namizəd müəyyən olunur və onlar münsiflər heyətinə təqdim edilir. Əgər müvafiq nominasiya üzrə minimum 5 (beş) namizəd təqdim olunmazsa, mövcud müraciətlərin (azı 1) qiymətləndirilməsi əsasında münsiflər tərəfindən yekun qərar qəbul edilir. Heç bir müraciət olmadığı halda isə həmin nominasiya ləğv edilmiş hesab olunur. Bu mərhələ namizədlərin populyarlığını və ictimai təsirini ölçməyə xidmət edir. İctimai səsvermə müddəti: 27 Oktyabr – 27 Noyabr 2025-ci il.

7.2.3.  Münsif səsverməsi: Münsiflər innovasiya ekosistemində müvafiq mövqeyə sahib, öz fəaliyyət sahəsində tangible nəticələr əldə etmiş və ictimaiyyət arasında kifayət qədər tanınan peşəkarlardır. Onların bilik və təcrübəsi namizədlərin obyektiv qiymətləndirilməsinə, eləcə də müsabiqənin şəffaf və ədalətli şəkildə keçirilməsinə zəmin yaradır. Münsif səsverməsi mərhələsi IDDA Awards-da namizədlərin son qiymətləndir mərhələdir. Hər nominasiya üzrə ictimai səsvermə mərhələsindən ən çox səs toplamış 5 namizəd münsiflər heyətinə təqdim olunur. Münsiflər heyəti “İDDA Awards 2025”-də yer alan nominasiyalar üzrə nüfuza və ekspertizaya malik olan şəxslərdən ibarət olur və Təşkilatçı tərəfindən təyin olunur. Münsiflər öz ekspert rəyinə və namizədlər tərəfindən təqdim olunmuş məlumatlara əsaslanaraq 150 ballıq sistem ilə (1 ci yer 150; 2 ci yer 100; 3 cü yer 50; digər iki aşağı nəticə göstərən namizədə 0 bal) hər bir namizədi qiymətləndirir. . Səsvermə nəticələri əsasında hər nominasiya üzrə ən çox səs toplayan 5 namizəd arasından 1-ci, 2-ci və 3-cü yerləri müəyyən edilir. Münsiflər üçün müəyyən edilən meyarlar hər bir nominasiya üzrə fərqlənir və həmin nominasiya ilə bağlı xüsusiyyətlər nəzərə alınır. Münsiflər namizədlərin təqdim etdiyi sənədlərə əsaslanaraq onların keçmiş fəaliyyəti və təcrübəsini yoxlayır, fəaliyyətinin rəqabət qabiliyyətini və ekosistemdə yaratdığı təsiri təhlil edir. Eyni zamanda namizədin gələcək inkişaf perspektivlərinə nəzər salır, sənədlərə əsaslanan yoxlama aparır və yekun olaraq namizədi müəyyən olunmuş meyarlar əsasında qiymətləndirirlər.

7.2.4.  Heç bir müraciət olmadığı halda isə həmin nominasiya ləğv edilmiş hesab olunur. Münsiflərin qərarı yekun hesab olunur və dəyişdirilə bilməz. Qiymətləndirmə müddəti: 1 Dekabr – 7 Dekabr 2025-ci il.

8.  Fors-Major 

Təçkilatçı və iştirakçı, onların nəzarətindən kənar və qarşısı alınması mümkün olmayan fövqəladə hallar səbəbindən müsabiqənin təşkili və qaliblərin elan edilməsində yaranan hər hansı hərəkət və ya hərəkətsizliyə  görə məsuliyyət daşımır. 

Fövqəladə hallar aşağıdakılardır: 

8.1. Müharibə, hərbi əməliyyatların başlanması və ya üsyan; 

8.2. Vətəndaş iğtişaşları, kütləvi iğtişaşlarla müşayiət olunan sosial münaqişələr, sabotaj; 

8.3. Partlayış, yanğın, zəlzələ, daşqın, qasırğa və digər təbii fəlakətlər; 

8.4. Epidemiya, epizootiya, karantin tədbirləri; 

8.5. Embarqo, dövlət qurumları tərəfindən müsadirə; 

8.6. Qanunvericilik, icra və ya məhkəmə qərarları nəticəsində yaranan gecikmələr; 

8.7. Qanunvericilik orqanlarının, dövlət orqanlarının və ya hökumətin qəbul etdiyi, öhdəliklərin tam və ya qismən icrasını qadağan edən aktlar, sərəncamlar və qərarlar. 

 

 

 


idda.az

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Daha çox