Layihənin adı – NovaLingua

Layihə haqqında məlumat (hansı proses rəqəmsallaşdırılıb) – NovaLingua, dil bacarıqlarının qiymətləndirilməsi və hazırlanması prosesini tamamilə rəqəmsallaşdıraraq inqilab yaradıb. Biz, Azərbaycanda IELTS, TOEFL və digər beynəlxalq tanınmış dil sertifikatlarına olan artan tələbi nəzərə alaraq, kritik bir ehtiyacı qarşılayırıq. Bu sertifikatları təhsil, iş və ya miqrasiya məqsədilə axtaran tələbə və mütəxəssislərin sayının artması ilə, ənənəvi imtahan hazırlığı və qiymətləndirmə prosesi vaxt və xərc baxımından səmərəsiz və uzun bir proses halına gəlmişdir. Bizim platformamız imtahan hazırlığı prosesini tamamilə rəqəmsallaşdıraraq danışıq, yazı, oxu və dinləmə tapşırıqları üçün imtahan simulyasiyalarını və qiymətləndirmələrini avtomatlaşdırır; hazırda yalnız Danışıq modulu ictimai istifadə üçün mövcuddur. Süni intellektdən istifadə edərək, biz dərhal dəqiq qiymətləndirmələr və şəxsi geribildirim təqdim edirik, bu da əl ilə qiymətləndirmə ehtiyacını aradan qaldırır. Bu, müəllimlər və müəssisələr üçün vaxt qazanmaqla yanaşı, tələbələrə dil bacarıqlarını inkişaf etdirmək və müvafiq sertifikat almaq üçün daha əlçatan və sərfəli bir yol təqdim edir. Məqsədimiz, dil bacarıqları yolunu başlanğıcdan qabaqcıl səviyyələrə qədər tamamilə digitalizə etməkdir. NovaLingua, öyrənənlərin ehtiyaclarına uyğun geniş kurslar və materiallar əldə edə biləcəyi, müəssisələrin isə platforma daxilində geniş və fəal öyrənici bazasına çatmasına imkan tanıyan bir icma qurur, bu da onların təsirini artırır və hər kəs üçün öyrənmə təcrübəsini yaxşılaşdırır.

Layihəni həyata keçirən təşkilatın adı – NovaLingua

Layihə üzrə təqdim olunan xidmət tamamilə rəqəmsallaşıbmı? (end-to-end process) – bəli

Layihə son 12 ay ərzində həyata keçirilibmi? – bəli

Layihənin əsas nəticələri və ya nailiyyətləri hansılardır? – Ən dəyərli nailiyyətlərdən biri Münhen Texniki Universitetinin dil mərkəzinin dəstəyi olub ki, bu da bizə texniki məlumatlar və bu gün süni intellektin sürətli inkişafından geri qalmamağı təmin edib, beləliklə, bizim süni intellekt texnologiyamız dəqiqlikdə daim artaraq hazırda 97%-ə çatıb və qlobal bazarda IELTS/TOEFL müəllimləri tərəfindən dəstəklənən ən dəqiq alət olub. - Dünyanın dörd bir yanından olan müəssisələrlə dəyərli tərəfdaşlıqlar və problemsiz inteqrasiyalar əldə etmişik, ən dəyərliləri isə Almaniya, Qətər və əlbəttə ki, Azərbaycan özüdür. Inlingua, DreamLanguage.az, QIS kimi müəssisələrlə bu tərəfdaşlıqlar, məlumat toplamaq, texnologiyanı inkişaf etdirmək və müştərilərdən birbaşa geribildirim toplamaq üçün bağlanmış bir icma yaratmaq imkanı verdi ki, bu da müştəri mərkəzli ən yaxşı həlli təqdim etməyimizə şərait yaradır. Bağlı icma, platformanın qlobal təqdimatını həyata keçirmək üçün zəruri məlumatları əldə etməyə imkan verdi. - UnternehmerTUM/Xplore, Microsoft StartupHub, SabahHub və ABB kimi tanınmış inkubasiya və sürətləndirmə proqramlarına qatılmağımız, onların müvafiq bölgələrində bazara daxil olmaq üçün ekspertizalar və əlaqələr qazandırdı. Daha sonra 4-cü ABB Startup Hackathon Challenge-nin qalibi seçildik və Microsoft StartupHub, ABB və AWS-dən qrantlar aldıq.

LinkedIn - https://www.linkedin.com/in/sahmaragaev/