Layihənin adı – Lorex LMS

Layihə haqqında məlumat (hansı proses rəqəmsallaşdırılıb) – LMS (Learning Management System-Təlim İdarəetmə Sistemi), distant və elektron təlim-tədris proseslərini daha səmərəli və effektiv idarə etmək üçün nəzərdə tutulmuş proqram təminatıdır. LMS ilə təlimçi-öyrənci, öyrənci-təlimçi ünsiyyətlərini, eləcə də təlim üçün lazımi sənəd mübadiləsi və hesabat proseslərini idarə etmək, məzmun (mətn, şəkil, video, test və s.) əlavə edərək fərqli təlimlər yaratmaq, həmçinin iştirakçıları müxtəlif testlərlə elektron formada distant qiymətləndirmək mümkündür. Rahat e-təlim idarəetmə sistemi Ən müasir veb texnologiyaları ilə qurulmuş Lorex LMS ilə hər kəsi və hər detalı əhatə edən e-təlim platformanızı rahatlıqla idarə edin. Rahat idarəetmə paneli və interfeys; Sistemin müxtəlif imkanlarından istifadə etmək üçün istifadəçilərə onların səlahiyyətlərinə uyğun müxtəlif hüquqların (istifadəçi tiplərinin) verilməsi və tənzimlənməsi; Administrator, təlimçi və öyrənci kimi standart istifadəçi tipləri ilə yanaşı istənilən növ yeni istifadəçi tiplərinin (təlim yayımlayıcı, hesabat meneceri, kontent menecer və s.) dinamik yaradılması; Təlimlərin yaradılması və öyrəncilərin əlavə edilməsi kimi funksionallıqların asanlıqla idarə edilməsi; Sürüşdür burax (drag-drop) xüsusiyyəti ilə çevik struktur yaratma; İstifadəçi qruplarını yaratma; Sistem iştirakçılarına rahat e-mail bildirişlərin göndərilməsi; Müxtəlif formalı sertifikatlar ilə öyrəncilərin mükafatlandırılması; Real vaxt rejimində ətraflı axtarış; Öyrəncilər üçün sual vermək və şərh əlavə etmək; Əməliyyat tarixçəsinin saxlanması (loglanma) sayəsində təhlükəsiz idarəetmə; Məlumatları MS Excel formatına eksport etmə; Çox dilli interfeys; Platformanın lokal (qurumun serverlərində qurulan) və qlobal versiyalarının mövcudluğu.

Layihəni həyata keçirən təşkilatın adı – İDEA Consulting and Solutions LLC

Layihə üzrə təqdim olunan xidmət tamamilə rəqəmsallaşıbmı? (end-to-end process) – bəli

Layihə son 12 ay ərzində həyata keçirilibmi? – bəli

Layihənin əsas nəticələri və ya nailiyyətləri hansılardır? – "Lorex LMS" Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik hüququ əldə etmiş, Azərbaycanda ilk Təlim İdarəetmə Sistemidir. Hazırda bu sistem bir sıra böyük idarə və təşkilatlarda uğurla tətbiq olunur.

LinkedIn - https://www.linkedin.com/company/idea-consulting-and-solutions/