Layihənin adı – Tibbi şəhadətləndirmə altsisteminin qurulması
Layihə haqqında məlumat (hansı proses rəqəmsallaşdırılıb) – Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 2023-cü il tarixli, 2317 n-li, "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar, çağırışçıların yekun tibbi qiymətləndirilməsi işləri üzrə proseslərin idarə edilməsi üçün "Tibbi Şəhadətləndirmə" altsistemi qurulmuşdur. Layihə çərçivəsində ƏƏSMN daxili altsistemləri və əlaqədar dövlət qurumları ilə (SHXÇDX, İTSDA, TƏBİB, Səhiyyə Nazirliyi) elektron məlumat mübadilələri üçün inteqrasiyalar qurulmuş, sənədlərin elktron qaydada imzalanması daxil, bütün proseslərin tam şəkildə avtomatlaşdırılması və proseslərin kağız sənədlər olmadan idarə edilməsi təmin edilmişdir. Belə ki, yekun tibbi qiymətləndirilməsi aparılacaq çağırışçılar haqqında göndəriş (Forma-44) SHXÇDX-nin elektron informasiya sistemindən elektron qaydada qəbul olunur, avtomatik rejimdə növbə təyin olunur, çağırışçı mərkəzə yaxınlaşdıqda növbə aktivləşdirilir, vətəndaşın növbəsi çatdıqda qəbul həkimlərinə yönləndirilməsi həyata keçirilir. Həkim qəbulu, müəssisə daxili və xarici (TƏBİB və SN müəssisələrinə) müayinə göndərişlərinin verilməsi, müayinə cavablarının həmin müəssisələrdən elektron qaydada alınması, həkim rəylərinin verilməsi, tibbi qiymətləndirmə komissiyalarına yönləndirmələr və komissiya üzvləri tərəfindən sənədlərin formalaşdırılması tam elektron mühitdə həyata keçirilir. Bütün sənəd və göndərişlər SİMA elektron imzası ilə imzalanır.
Layihəni həyata keçirən təşkilatın adı – ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
Layihə üzrə təqdim olunan xidmət tamamilə rəqəmsallaşıbmı? (end-to-end process) – bəli
Layihə son 12 ay ərzində həyata keçirilibmi? – bəli
Layihənin əsas nəticələri və ya nailiyyətləri hansılardır? – Çağırışçıların yekun tibbi qiymətləndirməsinin həyata keçirilməsində şəffaflığın və çevikliyin, obyektiv yanaşmanın təmin olunması; Proseslərin tam şəkildə avtomatlaşdırılması; Anlıq hesabatlılıq; Qurumlar arası məlumat mübadilələrinin elektronlaşdırılması; Vətəndaş məmnunluğunun təmin edilməsi
LinkedIn - https://www.Linkedin.com/company/dtseraaz/