Layihənin adı – E-taksi

Layihə haqqında məlumat (hansı proses rəqəmsallaşdırılıb) – Ölkədə fəaliyyət göstərən taksi və taksi sifarişi operatorlarının fəaliyyətinin dövlət tərəfindən effektiv monitorinqi çətinlik yaradırdı. Bu, dövlət infrastrukturunda sərnişinlər üçün taksi xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə mane olurdu. Nəticədə, taksi xidmətlərindən istifadə zamanı təhlükəsizlik problemlərinin, tıxacların və müştəri məmnuniyyətsizliyinin qarşısını almaq çətinləşirdi. Bu kimi problemlər optimal və mərkəzləşdirilmiş bir həll yoluna zərurət olduğundan E-taksi altsistemi yaradıldı. E-taksi altsistemi, AYNA informasiya sisteminin bir hissəsi olaraq, taksi və taksi sifarişi operatorları, o cümlədən onların fəaliyyətləri haqqında məlumat verən, monitorinq edən və ümumi hesabatların hazırlanmasını təmin edən daxili “Big Data” əsaslı veb-servisdir. Bu sistem vasitəsilə taksi şirkətlərinin fəaliyyətini bir platformadan izləmək, məlumatları təhlil etmək və məlumat əsaslı qərarlar qəbul etmək mümkündür. Eyni zamanda, sistem müvafiq pozuntu hallarını analiz etməyə və standartlara uyğun taksi xidmətini təmin etməyə imkan verir. Mövcud pozuntu hallarını, potensial riskləri və digər məsələləri nəzərə aldıqda, E-taksi altsistemi analiz və idarəetmə baxımından əvəzedilməz bir həll kimi çıxış edir.

Layihəni həyata keçirən təşkilatın adı – AZ SOFTVARE SYSTEM QSC

Layihə üzrə təqdim olunan xidmət tamamilə rəqəmsallaşıbmı? (end-to-end process) – bəli

Layihə son 12 ay ərzində həyata keçirilibmi? – bəli

Layihənin əsas nəticələri və ya nailiyyətləri hansılardır? – “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin informasiya sisteminə real vaxt rejimində ötürülməsi təmin edilmişdir. Sistem, şəhər nəqliyyatının hərəkətini analiz edərək gələcəkdə baş verə biləcək vəziyyətləri proqnozlaşdırır. Bu, nəqliyyat axınını, tıxacları və sərnişin sıxlığını əvvəlcədən görməyə imkan verir. Nəticədə, sistem real vaxt rejimində məlumatlara əsaslanaraq daha effektiv idarəetmə qərarları qəbul etməyə şərait yaradır. Bu prediktiv yanaşma, nəqliyyat şəbəkəsinin optimallaşdırılmasına və sərnişinlərin rahatlığının artırılmasına xidmət edir. Eyni zamanda pozuntuları sadalamaqla onların aşkarlanma mexanizmlərini idarə etməyə imkan verən sistem, qanunsuz taksi fəaliyyəti, buraxılış kartı olmadan sərnişin daşıma, standartlara uyğun olmayan nəqliyyat vasitələrinin istismarı və digər qayda pozuntularını aşkar edir. Sistem bu pozuntuları avtomatik olaraq izləyir, analiz edir və müvafiq tədbirlərin görülməsini təmin edir, beləliklə qanunvericiliyə uyğunluğun effektiv monitorinqini həyata keçirir. Bununla yanaşı Ərazidə olan AYNA və DYP əməkdaşları AYNA informasiya sisteminin altsistemi olan E-cərimə sisteminin yoxlama modulunda yalnız nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini qeyd etməklə AYNA İS-in digər altsistemlərindən sürücü və daşıyıcı barədə zəruri məlumatları (buraxılış kartı, buraxılış vəsiqəsi, sürücünün tibbi müayinəsi, avtomobilin texniki müayinəsi, sürücünün xüsusi hazırlığa dair şəhadətnaməsi) elektron şəkildə əldə edəcək.

LinkedIn - https://www.linkedin.com/company/az%C9%99rbaycan-yer%C3%BCst%C3%BC-n%C9%99qliyyat-agentliyi/