Layihənin adı – "TələbəPlus" tələbə kartı
Layihə haqqında məlumat (hansı proses rəqəmsallaşdırılıb) – Tələbə kartı 3 funksiyanı özündə birləşdirir: təqaüd kartı, universitetə giriş-çıxış və debet kartə Hal-hazırda 11 universitetdə 170 mindən çox tələbə üçün kart təqdim olunur və gələcəkdə bütün universitetlərdə istifadəyə verilməsi planlaşdırılır. Kart əlavə olaraq cashback, partnyor müəssisələrdə endirimlər və əlavə cashback kimi üstünlüklər də təklif edir. Layihə Kapital Bank və Təhsilin İnkişafı Fondu ilə birlikdə həyata keçirilib.
Layihəni həyata keçirən təşkilatın adı – Kapital Bank, Təhsilin İnkişafı Fondu, Visa
Layihə üzrə təqdim olunan xidmət tamamilə rəqəmsallaşıbmı? (end-to-end process) – bəli
Layihə son 12 ay ərzində həyata keçirilibmi? – bəli
Layihənin əsas nəticələri və ya nailiyyətləri hansılardır? – 170000-dən çox tələbələr müvafiq beynəlxalq ödəmə texnologiyaları şirkətinin təqdim etdiyi xüsusi kəşbek, endirim, promokodlardan yararlana biləcəklər. Layihə çərçivəsində yerli və xarici şirkətlərlə müqavilə imzalanması, bununla da tələbələr üçün xüsusi güzəştlərin əldə olunması planlaşdırılır. Bu imkanlar restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və sair məkanlarda mövcud olacaq. Kart eyni anda bir neçə funksiyanı yerinə yetirəcək. Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər
LinkedIn - http://linkedin.com/in/tahmina-misirli-165085159