Layihənin adı – E-LEGAL
Layihə haqqında məlumat (hansı proses rəqəmsallaşdırılıb) – E-LEGAL, Azərbaycanın ilk innovativ hüquq texnologiyaları startapı olaraq, müxtəlif xüsusiyyətlərə malik 200-dən çox hüquqi xidmət təqdim edir: 1.Müqavilələri 3 dəqiqə ərzində olduqca münasib qiymətlərlə hazırlaya bilən elektron müqavilə tərtibatı aləti (Vəkilləri gözləməyə, pul və kağız sərf etməyə ehtiyac yoxdur) 2.Vəkillər və müştərilərin əlçatan vaxtlarda ünsiyyət qurması və əməkdaşlıq etməsi üçün idarə paneli 3.Elektron imza həlli (Kuryerləri gözləməyə, kağız çap etməyə və sərf etməyə ehtiyac yoxdur. Docusign ölkəmizdə hüquqi qüvvəyə malik deyil. Vaxt müəyyənləşdirmə, xatırlatma göndərmə, vizual, ASAN və SIMA imzalarının inteqrasiyası, kütləvi imzalama və digər funksiyalar mövcuddur) 4.Mübahisələrin həlli aləti (Hər bir hüquqi xidmət üçün xüsusi hazırlanmış qabaqcadan müəyyən edilmiş suallar məsləhət vaxtının 80%-ni qənaət edir) 5. Şirkətlərlə bağlı hüquqi məsələlər (Hər bir hüquqi xidmət üçün xüsusi hazırlanmış qabaqcadan müəyyən edilmiş suallar prosesin 90%-ni qənaət edir) 6. Məsləhət al aləti 7.Hüquqi xəbərlər 8. Hüquqi bloqlar
E-LEGAL hansı problemi həll edir?
✅ Azərbaycanda vahid hüquqi xidmətlər provayderi yoxdur. Bu o deməkdir ki, insanlar müxtəlif xidmətlər üçün fərqli vəkillərə müraciət etməlidirlər, bu isə vaxt itkisinə və xərclərə səbəb ola bilər.
✅ Vəkillər tərəfindən göstərilən hüquqi xidmətlərin qiymətləri çox vaxt yüksəkdir və əsassız şəkildə dəyişkəndir. Hüquqi yardım alma prosesi çox bürokratik ola bilər.
✅ İnsanlar çox vaxt vəkillə görüşmək üçün uzun növbələrdə gözləməli olurlar, bu da vaxt itkisidir və məyusluq yaradır.
✅ Hüquqi yardım almaq üçün tələb olunan sənədlər çox mürəkkəb və qarışıq ola bilər, xüsusən də hüquq sistemi ilə tanış olmayan insanlar üçün. Hər gün hüquq bürolarında çoxlu sayda kağız işlərinin görülməsi vaxt, pul və milyonlarla kağız itkisinə səbəb olur.
✅ Təcrübəsiz vəkillərin insanlara hüquqi yardım göstərəcəklərinə dair verdikləri vədləri yerinə yetirmədiyi bir çox fırıldaqçılıq halları baş verib. Biz isə bütün hüquqi xidmətləri münasib qiymətlərlə, əl seçimi ilə müəyyən edilmiş vəkillər şəbəkəsi ilə bir araya gətirən vahid onlayn hüquq mağazası ilə bu problemin həllini tapdıq. Təcrübəli vəkillərdən ibarət komandamız 24/7 bütün hüquqi ehtiyaclarınızı qarşılamaq üçün xidmətinizdədir.
Layihəni həyata keçirən təşkilatın adı – ASAN mərkəz
Layihə üzrə təqdim olunan xidmət tamamilə rəqəmsallaşıbmı? (end-to-end process) – bəli
Layihə son 12 ay ərzində həyata keçirilibmi? – bəli
Layihənin əsas nəticələri və ya nailiyyətləri hansılardır? –
- Azərbaycanın ilk qadın təsisçisi, ABŞ hökuməti tərəfindən hüquq texnologiyaları sahəsindəki töhfələrinə görə ən nüfuzlu "Einstein Visa - Extraordinary Ability Visa" ilə təltif olunmuşdur
- Gənclər və İdman Nazirliyi tərəfindən 2024-cü ilin "İlin Gənci" seçilmişdir
- "IDDA" tərəfindən təşkil olunan “Founders Academy”nin qalibi: ABŞ-da 6 aylıq Silicon Valley təcrübəsi ilə təltif olunmuşdur
- "İKT-də İlin Qadını 2023" - IDDA tərəfindən seçilmişdir
- Azərbaycanı İngiltərənin Oksford şəhərində təmsil etmişdir: “Hüquq və Texnologiya, Blokçeyn, Fərdiləşdirilmiş hüquq, Alqoritm üzrə Hüquq”
- Müxtəlif hüquq sahələrindən 40 vəkili bir araya gətirərək, 200-dən çox hüquqi xidmət təqdim edən ilk onlayn portal olan E-LEGAL-i təsis etmiş və ənənəvi yollarla hüquqi xidmətlərin böyük bir yükünü azaltmışdır
- ASAN Xidmət ilə 10 illik müqavilə imzalanmışdır: Ölkə üzrə 29 ASAN Xidmət binasında rəqəmsal özəl sifariş köşklərinin quraşdırılması planlaşdırılır (bundan sonra regionlarda yaşayan insanlar münasib və peşəkar hüquqi xidmətlərə çıxış əldə edəcəklər)
- “Startup Grind Baku” tərəfindən təşkil olunan “International Meet Up’23” müsabiqəsinin qalibi: San Fransisko, Kaliforniya, ABŞ-da keçirilən “Tech Crunch” tədbirində Azərbaycanı təmsil etmək üçün mükafatlandırılmışdır
- “Dublin Tech Summit” tədbirində Azərbaycanı təmsil etmək üçün seçilmiş 4 startapdan biri
- Gənclər və İdman Nazirliyi tərəfindən Belarusun Minsk şəhərində keçirilən “100 layihə” müsabiqəsinin qalibi
- “Nevada Universiteti” və “Enterprise Azərbaycan” tərəfindən təşkil olunan “Startup School” müsabiqəsinin qalibi: 4000 AZN dəyərində qrant ilə mükafatlandırılmışdır
- SMEDA tərəfindən təşkil olunan “3-cü Qrant Müsabiqəsi”nin qalibi: 20000 AZN dəyərində qrant ilə mükafatlandırılmışdır
- SABAH Hub tərəfindən təşkil olunan “4-cü Kohort” müsabiqəsinin qalibi: 20000 AZN dəyərində investisiya ilə mükafatlandırılmışdır
- British American Tobacco tərəfindən təşkil olunan “Battle of Minds” müsabiqəsinin yarımfinalçısı
- EBRD Star Venture Programının qalibi: 50000 avro dəyərində qrant ilə mükafatlandırılmışdır
LinkedIn - https://www.linkedin.com/in/samayahabibova?utm_source=share&utm_campaign=share_via&utm_content=profile&utm_medium=ios_app