Layihənin adı – Digital Touch

Layihə haqqında məlumat (hansı proses rəqəmsallaşdırılıb) – Digital Touch Layihə məzmununa uyğun olaraq, sosial-həssas kateqoriyadan olan vətəndaş seqmentinə yönəlik pilləli tədris fəaliyyətini özündə ehtiva edən kompleks addımlar çərçivəsində rəqəmsallaşdırılma indeksi yüksəldilmişdir.

Layihəni həyata keçirən təşkilatın adı – Start IT

Layihə üzrə təqdim olunan xidmət tamamilə rəqəmsallaşıbmı? (end-to-end process) – bəli

Layihə son 12 ay ərzində həyata keçirilibmi? – bəli

Layihənin əsas nəticələri və ya nailiyyətləri hansılardır? – Valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadığı və təhsil aldığı üçç müxtəlif müəssisəni əhatə edən tədris fəaliyyəti internat müəssisələrinin spesifikasına uyğun həssas yanaşma tətbiq edilməklə uğurla təşkil edilmişdir. Belə ki, müəyyən mənəvi və psixo-sosial “zədə”lər yaşamış yeniyetmə kontingentinə tədris psixoloji cəlbetmə, qeyri-formal təhsil və bəzən də rol model yanaşmaları tətbiq etməklə uğurla icra edilmiş və tədris vəsaitinin tam ümumilikdə 3 internat müəssəsində 45 nəfər təhsil almaqda olan yeniyetmələrə öyrədilməsi baş tutmuşdur. Onların cari olaraq ənənəvi təhsil müddətində informasiya resurslarına rəqəmsal çıxışı, cihazlardan səmərəli istifadə, eyni zamanda qeyri-internat müəssisələrində yaşayan həmyaşıdları ilə müvafiq istiqamətdə bacarıqları bərabərləşmiş, bir çox parametrlər üzrə isə daha da yüksəlmişdir.

Şəxsi blog və ya veb sayta keçid - https://www.facebook.com/startit.az?mibextid=ZbWKwL, https://www.instagram.com/reel/C2Rk4RnNf7c/?igsh=MWI5czFqZ2x1OHVwaw

Linkedin -