
Div Academy
İnnovasiya, texnologiya və sahibkarlıqla bağlı tədris olunan kursların sayı - 10
Son 12 ay ərzində məzunların sayı - Div Academy innovativ sahələri tədris edən, Azərbaycanın ən böyük IT akademiyalarından biridir. Akademiya son 12 ayda 1200+ məzun sayına malikdir. 10+ illik təcrübəsi olan IT şirkəti tərəfindən təsis olunmuşdur. Hazırda 3000-dən çox tələbə və məzunu olan akademiya, Bakıda və ölkənin müxtəlif regionlarında tədris təcrübəsinə malikdir. Akademiya Azərbaycanda 24 saat fasiləsiz fəaliyyət göstərən yeganə IT akademiyalardan olaraq tələbələrə müasir icma və şəbəkələşmə təmin edir. Akademiyanın nəzdində fəaliyyət göstərən karyera mərkəzi 100-dən çox özəl şirkət və dövlət qurumu ilə partnyorluq edərək, tələbə və məzunlara iş imkanları yaradır. 100% təcrübə zəmanətli təhsil imkanı ilə tələbələrə klassik kurs metodunu unutduraraq birbaşa əmək bazarına kadr yetişdirmə rolu oynayır. Div Academy eyni zamanda innovasoyalar sektorunda keçirilən tədbirlərə ödənişsiz məkan dəstəyi göstərərək ev sahibliyi edir. Əlavə olaraq bir çox sosial layihələrə tərəfdaş olan "Kontakt" 2024-2025 ci illərdə ölkənin seçilən tədris mərkəzi olan "Div Academy" ilə birgə "Gələcəyi Yazanlar" təqaüd proqramına start verib! Ölkədə innovasiyalar sektorunda ixtisaslaşmış kadrların hazırlanması məqsədi daşıyan bu proqramla tam 1800-dən çox Azərbaycan vətəndaşı təqaüdlə təhsil imkanı əldə edib. Müraciətçilər imtahan nəticələrinə uyğun olaraq 60% və ya 40%-li təhsil təqaüdü qazanıb. Layihə çərçivəsində sosial baxımdan həssas əhali qruplarına xüsusi imtiyazlar da verilib. Belə ki, Şəhid ailəsi üzvləri, ünvanlı sosial yardım alanlar, valideyni I qrup əlil olanlar, valideynini itirmiş 100-ə yaxın şəxs sözügedən proqramdan 100% təqaüdlə yararlanıb.
Son 12 ay ərzində məzun olduqdan sonra işlə təmin olunan məzunların sayı - Son 12 ayda akademiya məzunlarının %80-i məzun olduğu sahə üzrə işlə təmin olunmuşdur. Akademiyadan məzun olan tələbələrlə icma yaradılaraq 50 dən çox infosessiya keçirilmişidr. Div Academy eyni zamanda IT və innovasoyalar sektorunda keçirilən tədbirlərə ödənişsiz məkan dəstəyi göstərərək ev sahibliyi edir.
İlin Rezidenti
Ekosistemin Lokomotivi
İlin Startapı
İlin Rəqəmsal Layihəsi
İKT-də İlin Qadını
İlin Texnologiya Tədbiri
İlin Bacarıq Gücü
İlin Ekosistem Oyunçusu