
Septem Tech
Son 12 ay ərzində biz bir neçə layihəni işə salmışıq, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün Meteo.az Mobil Tətbiqi, Azərbaycan Respublikası Energetika Nazirliyi üçün Enerji Effektivliyi üzrə İnformasiya Sistemi və YeloBank ASC üçün 7HRM məhsulunun İşə Qəbul modulu.
"SEPTEM" - müştəri yönümlü, həllərə fokuslanan, istedadı yüksək dəyərləndirən və texnologiyalardan asılı olmayan peşəkar, etibarlı və innovativ proqram təminatı laboratoriyasıdır. “SEPTEM” şirkəti texnologiyanın mürəkkəbliyini aradan qaldırmaq və iş dünyası üçün yenilikləri daha əlçatan etmək missiyasını daşıyır. Müştərilərə sadə, rahat lakin güclü və səmərəli həllər təqdim edir. İlk gündən "SEPTEM" şirkəti ardıcıl və davamlı inkişaf edərək bazarda etibarlı və peşəkar tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Artıq 5 ildir ki, birlikdə böyüyür, inkişaf edir və yeni zirvələr fəth edir! Bu illər ərzində qazandığı təcrübə, güclü komanda ruhu, keçdiyi sınaqlar, qazandığı etibar və uğurlar Şirkəti daha da irəli aparır. Davamlı inkişafın ardıcıl son üç ilin əsas göstəricilərində öz əksini tapır. Bu dayanıqlı böyümə, mükəmməlliyə və uzunmüddətli dəyər yaratmağa olan sadiqliyin göstəricisidir. Ardıcıl son 3 ildə Ortalama illik layihə artımı əmsalı 25%, Layihələr portfelimizdə İrimiqyaslı layihələrin payı 17%, Dövlət təşkilatlarının payı isə 19%, Yeni müştərilərin artım əmsalı 67%, Təkrar müştəri artım əmsalı 34%, Komanda artım əmsalı 42%, Komandanın yetkinlik əmsalı 48% Texnopark rezidenti olaraq "SEPTEM", Azərbaycan rəqəmsal ekosistemində innovasiyanın aparıcı qüvvələrindən biri kimi çıxış edir. Şirkət 2024-2025-ci illərdə ictimai sektorda səmərəliliyin və rəqəmsal çevikliyin artırılmasına yönəlmiş üç mühüm layihəni uğurla istifadəyə vermişdir. 1. Meteo.az Mobil Tətbiqi Sifarişçi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Keçid: Play Store – Meteo.az Layihə haqqında: Meteo.az – Azərbaycan ərazisindəki hava şəraiti, iqlim məlumatları və ekoloji xəbərdarlıqları real vaxtda vətəndaşlara çatdıran müasir mobil tətbiqdir. Tətbiq tam şəkildə SeptemTech tərəfindən hazırlanmış və dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına mühüm töhfə vermişdir. Əsas funksiyalar: dinamik hava proqnozları, hava keyfiyyəti göstəriciləri, ekoloji tövsiyələr, xəbərdarlıqlar və çoxdilli interfeys. 2. Enerji Effektivliyi üzrə İnformasiya Sistemi (EEİS) Sifarişçi: Azərbaycan Respublikası Energetika Nazirliyi Layihə haqqında: EEİS – enerji istehlakı və səmərəliliyinə dair məlumatların toplanması, təhlili və idarə edilməsi üçün yaradılmış kompleks platformadır. Sistem müəssisələrdən məlumat toplayır, enerji xərclərini analiz edir və nazirliyə enerji qənaəti siyasətlərinin formalaşdırılmasında dəstək olur. Əsas funksiyalar: analitik dashboard-lar, avtomatik hesabatlar, müəssisə məlumat bazası, qərarvermə üçün göstəricilər. 3. 7HRM məhsulunun İşə Qəbul modulu Sifarişçi: YeloBank ASC Layihə haqqında: SeptemTech-in 7HRM platformasının tərkibində hazırlanmış işə qəbul modulu bankın HR proseslərini tam avtomatlaşdırır. Sistem vakansiya elanından namizəd seçiminə qədər bütün mərhələləri rəqəmsal mühitə keçirərək şəffaflıq, sürət və analitika təmin edir. Əsas funksiyalar: namizəd izləmə paneli, rol əsaslı giriş, HR analitika göstəriciləri. Nəticə və təsir: Bu üç layihə "SEPTEM" missiyasını – mürəkkəb prosesləri texnologiya ilə sadələşdirmək prinsipini tam şəkildə əks etdirir. Hər biri dövlət və biznes sektorunda səmərəlilik, şəffaflıq və innovasiyanın artımına yönəlmişdir. Şirkət, texnopark rezidenti kimi, yerli texnologiyaların inkişafına, istedadlı kadrların yetişdirilməsinə və davamlı rəqəmsal tərəqqiyə töhfə verməyə davam edir. 2. İnnovasiya Bütün layihələr daxili texniki komandalar tərəfindən hazırlanıb; xarici asılılıq yoxdur. “7CORE” daxili platforması sayəsində layihələrin hazırlanma müddəti 30%-dək azaldılmışdır. Hər bir sistem müasir bulud infrastrukturu və təhlükəsizlik standartlarına uyğunlaşdırılıb. Həm dövlət, həm özəl sektorda lokal texnoloji məhsul istifadəsini artırır. 3. Sosial və iqtisadi təsir Dövlət xidmətlərində şəffaflığı, operativliyi və vətəndaş rahatlığını artırır. Enerji səmərəliliyi və ekoloji dayanıqlıq kimi milli prioritetlərə real töhfə verir. YeloBank nümunəsində olduğu kimi, özəl sektorun rəqəmsallaşmasını gücləndirir. Texnopark rezidenti kimi yeni iş yerləri, yerli mütəxəssis hazırlığı və ekosistem inkişafi təmin edir. 4. Gələcək planlar 2025–2026-cı illərdə yeni GovTech və HRTech məhsullarının hazırlanması, Bu il tələbələ öz qapısını açan "SEPTEM ACADEMY" tədris mərkəzimizdə Süni Zəka mövzu üzrə daha çox tələbələri gələcək karyeralarına hazırlanması, Texnopark daxilində AI əsaslı analiz və inteqrasiya laboratoriyası qurulması planlaşdırılır. "SEPTEM", innovasiyanı və texnoloji müstəqilliyi prioritet götürərək, Azərbaycanın rəqəmsal gələcəyinə töhfə verməyə davam edəcək.
İlin Rezidenti
Ekosistemin Lokomotivi
İlin Startapı
İlin Rəqəmsal Layihəsi
İKT-də İlin Qadını
İlin Texnologiya Tədbiri
İlin Bacarıq Gücü
İlin Ekosistem Oyunçusu