Rəvanə Göyüşlü

Mən ekspert, mentor və ya jüri üzvü kimi bir sıra proqram və tədbirlərdə iştirak etmişəm. Mən EduHack 2025 – “Innovation in the Future of Learning” tədbirində mentor və spiker kimi çıxış etmişəm. Bu tədbiri Avrasiya Universiteti və Innovation and Digital Development Agency (IDDA) təşkil etmişdir və mən tələbələr üçün mentorluq və təlim sessiyalarında iştirak etmişəm. Mən SAF 2023 – Beynəlxalq STEAM Festivalında müstəqil jüri üzvü olmuşam. Tədbir müxtəlif partnyor təşkilatlar tərəfindən keçirilmiş və mən gənclər üçün STEM və STEAM mövzusunda müsabiqələrdə iştirak etmişəm. Mən Startup Sprint (Turkey) Sage proqramında mentor kimi fəaliyyət göstərmişəm. Bu proqram Türkiyə startup və təhsil ekosistemi tərəfindən təşkil edilmişdir və mən komandaların inkişafına dəstək vermiş, ideya və prototiplərin formalaşmasına yardım etmişəm. Mən həmçinin Train the Trainer Program və Startup Acceleration Program 2024-də təlimçi/mentor kimi iştirak etmişəm. Bu proqram KOICA və IDDA tərəfindən həyata keçirilmiş və universitet mentorları üçün təlim proqramı çərçivəsində sertifikatlı iştirak təmin etmişəm. Mən ConstructionTech Incubation – Student Startup Journey (SSJ) proqramında mentor və müstəqil jüri üzvü kimi iştirak etmişəm. Bu proqram AZMİU və IDDA tərəfindən təşkil olunmuş və tələbə startaplarının inkubasiyası və layihələrin qiymətləndirilməsi sahəsində fəaliyyət göstərmişəm. Mən Viveka Mentorship Programda mentor olmuşam, proqram Viveka və PASHA Holding tərəfindən təşkil edilmiş və gənc sahibkarlar üçün ideya və mentor dəstəyi təmin etmişdir. Mən Startup Ecosystem Bootcamp for Universities proqramında spiker və ekspert kimi çıxış etmişəm. Bu proqram Odlar Yurdu Universiteti və IDDA tərəfindən təşkil edilmiş və universitet tələbələri üçün startap ekosisteminə giriş və təlim sessiyaları keçirmişəm. Mən ICT & Innovation Conference – Odlar Yurdu Universiteti tədbirində spiker olmuşam. Tədbir OYU Startup & Innovation Center tərəfindən təşkil edilmiş və texnologiya və innovasiya mövzusunda çıxış etmişəm. Mən Digital Skills for Women Programında təlimçi kimi iştirak etmişəm. Proqram EdTech Azerbaijan tərəfindən təşkil edilmiş və qadınlar və gənclər üçün rəqəmsal bacarıqların artırılmasına töhfə vermişəm. Mən Women in Tech Azerbaijan Meetup (University Edition) tədbirində representer kimi iştirak etmişəm. Tədbir Women in Tech Azerbaijan Community tərəfindən təşkil edilmiş və texnologiya sahəsində qadınların təşviqinə dəstək olmuşam. Mən Startup Mentorship Series (University Innovation Hubs) proqramında mentor olmuşam. Bu proqram Odlar Yurdu Universiteti tərəfindən təşkil edilmiş və early-stage startaplar üçün mentor sessiyaları keçirmişəm. Mən Startup Demo Day 2022 – University Innovation Network tədbirində həm təşkilatçı, həm də mentor kimi iştirak etmişəm. Tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş və tələbə startaplarının təqdimatı və şəbəkələşməsi üçün imkan yaratmışdır.

Cari il ərzində mən Odlar Yurdu Universitetində Fireland Hackathonu təşkil etmişəm və ODU-da İnnovasiya, Startap və Texnologiya üzrə Təlim Seriyası keçirmişəm.

Sosial media səhifələrinin linkləri