
IT Brains Academy
Artıq 6 ildən çoxdur ki, IT Brains Academy ölkədə informasiya texnologiyaları sahəsində ən peşəkar tədris mərkəzlərindən biri kimi fəaliyyət göstərir. Akademiyanın ali məqsədi — gənclərə və bu sahəyə marağı olan hər kəsə karyera qurmaq və iş imkanları yaratmaqdır.
Bu illər ərzində 4000-dən çox tələbə və məzun IT Brains Academy-nin tədris sistemindən yararlanaraq yerli və beynəlxalq şirkətlərdə uğurlu karyeraya başlayıblar. Tədris prosesi mentor dəstəyi, təhsilə zəmanət sistemi, peşəkar müəllim heyəti və praktiki yönümlü dərslər üzərində qurulub. Akademiya həmçinin Microsoft, Cisco, CompTIA, Certiport kimi nəhəng texnoloji şirkətlərin imtahanlarına hazırlıq təmin edir eləcə də beynəlxalq test mərkəzi statusuna malikdir.
IT Brains Academy-nin uğur modeli həm tədris keyfiyyətinə, həm də tələbələrin real nəticələrinə əsaslanır. Akademiya Cisco və Microsoft kimi şirkətlərlə əməkdaşlıq edir, tələbələr üçün karyera dəstəyi və işlə təminat imkanları yaradır. Bununla yanaşı, geniş məqalə və videodərs bazası ilə öyrənmək istəyən hər kəs üçün 24/7 açıq öyrənmə mühiti təmin olunur.
Missiyamız: Gənclərə IT sahəsi üzrə biliklər qazandırmaq, onları beynəlxalq səviyyədə tanınan sertifikatlarla peşəkar karyeraya hazırlamaq.
Vizyonumuz: Yüksək dərəcədə dürüstlük, müasir tədris metodları və peşəkar komanda ilə ölkənin IT təhsilində ən qabaqcıl akademiyalardan biri olmaq.
IT Brains Academy-nin inkişaf hekayəsini dəstəklə — səs ver və gələcəyin texnologiya liderlərini birgə yetişdirək!
İlin Rezidenti
Ekosistemin Lokomotivi
İlin Startapı
İlin Rəqəmsal Layihəsi
İKT-də İlin Qadını
İlin Texnologiya Tədbiri
İlin Bacarıq Gücü
İlin Ekosistem Oyunçusu