AnyDoc — Azərbaycanda fərdi və korporativ istifadəçilərə hüquqi sənədləri tam rəqəmsal şəkildə yaratmaq, imzalamaq və idarə etmək imkanı verən ilk yerli mobil və veb əsaslı platformadır. Platforma SİMA rəqəmsal imzası ilə inteqrasiya olunaraq hüquqi qüvvəyə malik elektron imzalama prosesini təmin edir. İstifadəçilər icarə, kredit, xidmət, məxfilik və əmək müqavilələri kimi sənədləri bir neçə dəqiqəyə tərtib edir, elektron imza ilə təsdiqləyir və təhlükəsiz şəkildə buludda saxlayır. AnyDoc vətəndaşlar üçün hüquqi münasibətlərin rəqəmsallaşdırılmasını əlçatan edir. Azərbaycanda ilk yerli LegalTech SaaS həlli; “Made in Azerbaijan” texnologiyası. Sənəd dövriyyəsini 90%-dək sürətləndirir, kağız və vaxt itkisini minimuma endirir. Kiçik və orta bizneslər üçün hüquqi əməliyyatlarda rahatçılıq və rəqəmsal müstəqillik yaratmaq məqsədilə B2B seqmenti üçün yeni xidmətlər platformaya əlavə olunur və miqyaslanma mərhələsi həyata keçirilir. Yaxın gələcəkdə regional bazarlara çıxış və beynəlxalq genişlənmə planlaşdırılır.
Startapın inkişaf mərhələsi - Miqyaslandırma
Biznes modeli - B2C
Son 12 ayda istifadəçilərin/müştərilərin sayının dinamikası - 5,575 istifadəçi
İlin Rezidenti
Ekosistemin Lokomotivi
İlin Startapı
İlin Rəqəmsal Layihəsi
İKT-də İlin Qadını
İlin Texnologiya Tədbiri
İlin Bacarıq Gücü
İlin Ekosistem Oyunçusu
