Bahar Ramazanova

Ekspert, mentor və ya jüri üzvü kimi iştirak etdiyi proqramın və ya tədbirin adı - 2025-ci il 5 aprel tarixində Beynəlxalq Flutteristas Konfransında ekspert kimi çıxış etmişəm. 2022-ci il 24-25 dekabr tarixlərində RoboGames: Smart City, Bakı, Azərbaycan tədbirində juri-ekspert kimi fəaliyyət göstərmişəm. 2019-cu il 7-9 oktyabr tarixlərində Vyana, Avstriyada Birləşmiş Millətlər Təşkilatının təşkil etdiyi #E4J (Ədalət üçün Təhsil) Gənclik Müsabiqəsi High-Level Konfransında mentor və layihə meneceri kimi iştirak etmişəm və “The Art of Freedom” rəsm nümunəsi ilə 2000 müraciətçi arasından 1-ci yerə layiq görülmüşəm.

“Cari il ərzində təşkil etdiyiniz texnoloji və innovativ layihələrin siyahısı - 2025-ci il 5 aprel tarixində Beynəlxalq Flutteristas Konfransında təşkilatçı və spiker kimi çıxış etmişəm. Flutteristas konfransı Flutter freymevörkü sahəsində qadınların iştirakı üçün fürsətlər yaradan kodlaşdırma tədbiridir. 2025-ci il 19-20 may tarixlərində Dünya Bankı Qrupu Gənclər Sammitində nümayəndə heyəti və iştirakçı kimi iştirak etmişəm. 2025-ci il 26 avqust - 29 oktyabr tarixlərində Insead AI Venture Lab Founder Sprint Programında startapçı olaraq Altogether layihəsi ilə iştirak etmişəm. 2025-ci il 2 sentyabr - 3 oktyabr tarixlərində Beynəlxalq She's Next Empowered by Visa and Reinvantage Hackathonunda 1765 iştirakçı arasından qalib olmuşam, Altogether layihəsi ilə 1-ci yerə layiq görülmüşəm və 10.000 ABŞ dolları qrant mükafatçısı olmuşam. 2024-cü il fevral-mart aylarında Remarkable Tech Avstraliya Pre-Akselerasiya Proqramında iştirak hüququ qazanmışam və Altogether startapı ilə Customer Showcase tədbirində iştirak etmişəm (27 mart 2024-cü il). 2023-cü il 12 iyun - 26 sentyabr tarixlərində Qlobal BeChangemaker2023 Sosial Sahibkarlıq proqram və yarışında, WorldSkills International və HP şirkətinin təşkil etdiyi tədbirdə, Altogether sosio-texnoloji startup layihəsi ilə 572 müraciətçi arasından qalib olmuşam, 1-ci yerə layiq görülmüşəm və 3000 Avro pul mükafatı və mentorluq qazanmışam. 2020-ci il sentyabr-dekabr aylarında Legal Innovation Zone Sprint Studio Proqramında Hüquq və texnologiya ideyalarına dəstək proqramında iştirak etmişəm. 2019-cu il 1-12 iyul tarixlərində Mərkəzi Avropa Universitetinin Global Sahibkarlıq və Startup Kampında BlackRock Qadın Sahibkarlar Təqaüd Qalibi olmuşam, Budapeşt, Macarıstan. 2017-ci il 25-29 sentyabr tarixlərində Beynəlxalq Kosmonavtika Kongresində spiker olaraq “Kosmos Məhkəməsi” layihəsi ilə iştirak etmişəm, tədbir Adelayda, Avstraliyada keçirilmiş və Azərbaycan Respublikası Gənclər Fondu konfrans qrantı qalibi olmuşam. 2017-ci il 5-6 may tarixlərində Fifth Manfred Lachs International Conference on Global Space Governance and the UN 2030 Agenda tədbirində McGill Universiteti, Montreal, Kanada, spiker kimi çıxış etmişəm. 2023-ci il 24 oktyabr tarixində Google Cloud London Chat GDG vebinarında spiker kimi iştirak etmişəm.

Sosial media səhifələrinin linkləri