Digital Expo Center
Startap haqqında qısa məlumat – Digital Expo Center layihəsi müxtəlif tədbir təşkilatçıları üçün rəqəmsal sərgi imkanları təklif edən onlayn virtual reallıq platformasının növbəti nəslidir. Layihə istifadəçilərin özlərini virtual reallıqda (VR) hiss etməyə imkan verən qeyri-məhdud texnologiyalar üzərində qurulub. “Digital Expo Center” insanın təkcə müşahidəçi kimi deyil, iştirakçı kimi qatıldığı və zəngin vizual effektlərə malik süni dünyadır.
“Digital Expo Center” layihəsinin üstünlükləri:
- Qlobal tədbirlərin təşkili imkanı;
- Mobil və VR dəstəyi;
- Virtual reallıqda məhdudiyyətsiz hərəkət imkanı;
- İştirakçılar arasında qarşılıqlı əlaqə imkanı;
- Virtual təqdimat səhnəsinin mövcudluğu;
- Virtual konsert zalı.
Oyun tərtibatçıları, proqram təminatçıları və veb-tərtibatçılar, 3D rəssamlar, dizaynerlər və digər şəxslər layihəyə qoşularaq 60-dan çox virtual stenddən istifadə edə bilər, təqdimatlar (video, slayd-şou və s.) keçirə və 3D obyektlərin animasiyasını göstərə bilərlər.
Layihədə təsvir edilən virtual binanın nümunəsi Bakı Ekspo Mərkəzindən götürülüb. Layihədən istifadə edən iştirakçılar yeni nəsil Expoda öz məhsullarını və xidmətlərini şəxsi stendlərində nümayiş etdirə, tətbiqdaxili satınalma ilə istənilən texnologiyanın video və ya slayd-şousunu və ya 3D modelini təklif edə bilərlər.
Startapın təsisçiləri – Ağa Əlislamov, Nəriman Qaraxani, Arzu Məmmədzadə
Təsis edilmə tarixi – 2022
Təqdimat – DEC İnvestor Pitch.pdf
Startapın veb saytına keçid – https://digitalexpocenter.com/
Sosial media səhifələrinin linkləri – https://www.linkedin.com/company/dec-digital-expo-center/posts/?feedView=all ; https://www.facebook.com/digitalexpocenter?locale=ru_RU;
Startapın inkişafı mərhələsi – Böyümə
Biznes modeli – B2B
Son 12 ay ərzində istifadəçilər/müştərilərin sayının dinamikası – 150%
Son 12 ay ərzində gəlir (AZN ilə) – 20000+