Girls Code Azerbaijan

Qısa məlumat – Girls Code Azerbaijan İcması olaraq xanımların texnologiyada inkişafı, cəmiyyətin “texnologiya və qadın” kombinasiyası ilə bağlı stereotiplərini qırmaq üçün artıq 6 ildir ki, müxtəlif layihələr, tədbirlər, görüşlər, təqaüd proqramları təşkil edirik. Icmanın bugünədək təşkil etdiyi tədbirlərdə 10 000-dən çox xanım iştirak edib. Bu illər ərzində yüzlərlə müsbət geri dönüşlər,rəylər, təşəkkürlər aldıq hansı ki, bu rəylər bizim Girls Code olaraq daha da motivasiya alaraq yolumuza davam etməyimizdə böyük rol oynadı. Tədbirlərin birində sonda tədbirdə iştirak edən xanımlardan biri belə bir fikir səsləndirmişdi: “Kaş belə bir tədbirdə daha öncədən iştirak etsəydim,o zaman həyatım ,karyeram tamamilə başqa cür olardı...” Biz Girls code olaraq məhz bu kaşki.. ləri xanımlar sonradan deyil elə vaxtında karyeralarını istədikləri sektorda qura bilsinlər,arzularının arxasınca heç bir maneədən qorxmadan gedə bilsinlər deyə bu yoldayıq .. 170-dən çox xanım Girls Code təqaüdü ilə müxtəlif istiqamətlərdə təhsil alaraq yeni karyera qurma imkanını əldə edib. İldə 1 dəfə icmamız TechSHEroes tədbirini təşkil edir. Bu tədbir texnologiya istiqamətində təqaüdlə təhsil verdiyimiz öyrəndiklərini tətbiq edərək layihələrini təqdim etdikləri məzun günüdür. 250+ auditoriya -nın iştirak etdiyi TechSHEroes tədbirində hər il “Texnologiyada qadınların rolu və onlar üçün karyera imkanları” adlı panel müzakirəsi təşkil olunur.

LinkedIn – https://www.linkedin.com/in/nigar-hasanli-03a48a270/

İcmanın rəhbəri (Ad, Soyad) – Nigar Həsənli

1 yanvar 2024-cü il tarixinə üzvlərin sayı – 6000

İcma üzvlərinin cari sayı – 8000

İcma tədbirlərinin sayı (ən azı 5 tədbirin adını qeyd edin) – TechSHEroes 1 -https://www.instagram.com/p/CvFSs5zNSO2/?img_index=1; "Sən Tamsan"- https://www.instagram.com/p/Cb2joMCs8pt/?img_index=4; TechSHEroes 2-https://www.instagram.com/p/C5oQNrQNmqs/; "Kodlaşdırma və Dizayn" -https://www.instagram.com/p/CUWovbfD4C4/; 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunan sosial videoçarx -https://www.instagram.com/p/Ca0ZJPdDOsZ/; UX dizayna ilk addım-https://www.instagram.com/p/CcdNiQHslX0/?img_index=1; Personal Branding And Digital Networking -https://www.instagram.com/p/CsGF2rsN1hA/; Product Oüner-https://www.instagram.com/p/C-k5pOltGr7/?img_index=1

İcma tərəfindən təmin edilən üstünlüklər və güzəştlər - İcmanın üzvləri Matrix Academy-də Güzəştli əsaslarla və ya tamamilə ödənişsiz şəkildə təhsil alır. Icmanın üzvləri karyera imkanlarını artırmaq məqsədilə tez-tez işə qəbul almış Girls Code üzvləri ilə networking görüşü təşkil olunur İcmanın aktiv üzvləri üçün əməkdaşlıq etdiyimiz digər platformalar Femtech,Sabah HUB,Mina Software, Part Agency, Tayqa Tech -kimi şirkətlərdə təcrübə və ya iş imkanı yaradılır İcma üzvləri Google (https://www.cloudskillsboost.google/)- təklif etdiyi beynəlxalq təlimlərə qoşulmaq üçün 300 $ miqdarında vauçer-dən yararlana bilir Burada artırdıqları biliklər sayəsində beynəlxalq google sertifikatlarına müraciət edə bilirlər. Icma Ildə bir dəfə hər il dekabr ayında xanımlarla xüsusi görüş təşkil olunur. Hansı ki, onlara növbəti ilə hədəflərini təyin edəcək "WishList" siyahını özündə birləşdirən zərflər paylanılır. Bu zərflərdə növbəti il planlaşdırdıqları hədəfləri qeyd edirlər. -https://www.instagram.com/p/CW0uXoUj2ZF/?img_index=1