SABAH.HUB

Qısa məlumat – SABAH.HUB İcmasının dörd strateji aspekti var: İcma ilə əlaqə: SABAH.HUB tələbələri, sahibkarları və ekosistem iştirakçılarını bir araya gətirərək bir icma yaratmağı hədəfləyir. Bu çərçivədə təşkil olunan tədbir və proqramlar vasitəsilə gənc sahibkarlar arasında əməkdaşlıq imkanları yaradılır. Dəstək Xidmətləri: Sahibkarlıq və biznes inkişafı proseslərində lazım olan məsləhət, mentorluq və təlim xidmətləri təmin edilir. Bu xidmətlər sahibkarlara ideyalarını uğurlu bizneslərə çevirməkdə kömək edir. Tədbir İdarəçiliyi: Hər ay seminarlar, təlimlər, müsabiqələr və digər sahibkarlıq tədbirləri təşkil olunur. Bu tədbirlər SABAH.HUB icmasının həm təhsilinə, həm də əyləncəsinə töhfə verir. Məsələn, "Baku ID" kimi böyük tədbirlər iştirakçılara layihələrini investorlar qarşısında təqdim etmək imkanı verir. Ofis İdarəçiliyi: SABAH.HUB-un gündəlik işlərini təşkil edir və icmanın həm fiziki, həm də rəqəmsal mühitlərdə effektiv işləməsini təmin edir

LinkedIn – https://www.linkedin.com/in/aynur-aliyeva-513b2124a/

İcmanın rəhbəri (Ad, Soyad) – Aynur Əliyeva

1 yanvar 2024-cü il tarixinə üzvlərin sayı – 6784

İcma üzvlərinin cari sayı – 11256

İcma tədbirlərinin sayı (ən azı 5 tədbirin adını qeyd edin) – Baku ID, University Demo Day, Demo Day, Startup Cafe, Monthly Workshops, Open Door, Hackhaton, FuckUp, Fireside Chat

İcma tərəfindən təmin edilən üstünlüklər və güzəştlər - 1. Code Academy, Div Academy, Matrix və s. ölkənin aparıcı kurslarından endirimli dərslərdən yararlanmaq imkanı (minimum endirim faizi 50%) 2. Startapların ehtiyaclarına əsasən onlayn və oflayn mentor tövsiyələrinin göstərilməsi 3. Ekosistemə yeni daxil olanlar üçün açıq günlər və ekosistemə qoşulmaq barədə məsləhətlər verilir. Onlar ekosistemə qoşulub startap mühiti ilə tanış ola bilərlər 4. Startaplar coworking mərkəzindən asanlıqla istifadə edə bilərlər 5. Xarici tərəfdaşlarla şəbəkələşmə imkanları təşkil edilir 6. SABAH.HUB kimi seminarlara ödənişsiz qatılaraq faydalana bilərlər.