ExTerra Studio

İştirak etdiyiniz proqramların siyahısı -  

Bu müsabiqəyə oyun tərtibatçısı qismində müraciət edirəm. Bu fəaliyyətimdən əvvəl sahibkar kimi 2008-ci ildən kinomatoqrafiya ilə məşğul olmuşam, bir sıra bədii sənədli filmlərin müəllifi olmuşam. Otuza yaxın ölkədaxili beynəlxalq film festivallarında müxtəlif nominasiyalarda iştirak etmişəm qalib olmuşam. Ən son, keçən ilin noyabr ayında təşkil olunan Azərbaycan Respublikası Kino Agentliyinin müsabiqəsində təqdim etdiyim ssenari finala qədər yüksəlib. https://kulis.az/xeber/kino/xeber__-22084 

Son 12 ayda başlatdığınız layihə(lər)in adı Bu nominasiya üçün müraciətim oyun tərtibatçısı kimi fəaliyyətimlə bağlıdır. Oyun tərtibatçılığı, oyun yaratmaq istəyi uşaqlıq arzum idi, lakin müxtəlif səbəblərdən bu arzunu reallaşdırmaq gecikirdi. Nəhayət, bu ilin fevral ayında sırf özümü bu sahəyə həsr etmək qərarına gəldim və “Biomass” adlı elmi fantastik janrda şuter oyununu hazırlamağa başladım. Heç bir dəstək, komanda olmadan 3 ay ərzində hətta oyunun prototipini hazırladım. Halbuki bu cür oyunlar adətən böyük komandalar tərəfindən, böyük studiyalarda hazırlanır, dünyada belə oyunların tək adam tərəfindən hazırlanması faktı var amma çox azdır. Bu iş böyük enerji, resurs, ən əsası entuziazm tələb edir. Lakin bu məni çəkindirmir, oyun hazırda da inkişaf mərhələsindədir və oyunu tamamlamaq iddiasındayam.

Şəxsi blog ya startapın veb saytına keçid - https://www.facebook.com/profile.php?id=61558604581504 

Təqdimat Biomass pitch deck