Kibrit Tech

İlk layihələrimiz orta biznes üçün İT-infrastrukturun qurulması ilə bağlı idilər. Buna baxmayaraq, bazarda öz unikal yerimizi müəyyən edib tutmaq, o cümlədən yeni üfüqlər açmaq arzusu gənc və təşəbbüskar komandamızı tamamilə müxtəlif istiqamətli və miqyaslı layihələrin həyata keçirilməsinə, personalın ixtisas sahələrinin məqsədyönlü tərzdə genişləndirilməsinə, eksperimental və texnoloji işlərin aparılmasına vadar etdi.Bunların hamısı görülmüş işlər portfoliomuzu genişləndirdi, özümüzün məhsul sırasını formlaşdırdı, xidmətlər siyahımızı müəyyənləşdirdi, eyni zamanda tanınmağımızı da təmin etdi. Lakin, fikrimizcə, nailiyyətlərimiz sırasında ən əhəmiyyətlisi odur ki, hərtərəfli bacarıqlar və iri miqyaslı layihələrin idarə edilməsi sahəsində təcrübə əldə etdik. Məhz bunlar bu gün işimizi tələbat duyulan edir, gələcəyə əminliklə baxmağımıza əsas verir.Bu gün fəaliyyətimiz avtomatlaşdırılmış idarəetmə sisteminin, proqram təminatının, mobil xidmətlərinin inkişafının təkmilləşdirilməsinə yönəlib. Əsas məqsədimiz təkcə göstərilən xidmətlərin keyfiyyətini artırmaq deyil, həm də müştərilərimizin xərclərini minimuma endirmək, innovativ yanaşmalar ərsəyə gətirməkdir. Komandamızın uğuru bilavasitə mütəxəssislərin bir-birini tamamlayan bacarıqları, bilikləri və ixtisasları ilə müəyyən edilir.

Bu il ərzində başlanmış ən azı 3 layihənin adı:

www.iokio.az - rəqəmsal hədiyyə kartı platforması;
Landau məktəbi zəng mərkəzi sistemi (www.orangeline.az);
Aramis Hadisələri (http://aramis.events)

Şirkətdə işçilərin sayı:

50