Səmayə Həbibova

Ekspert, mentor və ya münsiflər heyətinin üzvü kimi iştirak etdiyi proqramın və ya tədbirin adı:

"Hüquq və Texnologiya, Blokçeyn, Fərdi Hüquq, Alqoritmlə Hüquq" - Oxford Universiteti, Oxford, Birləşmiş Krallıq

Hüquqda Qadın Haqları - AWIS (Elm sahəsində İşləyən Azərbaycanlı Qadınlar), Bakı, Azərbaycan"

Cari ildə təşkil olunmuş texnoloji və innovativ layihələrin siyahısı:

1) E-LEGAL istifadəyə verildi - 200-dən çox hüquqi xidmət (məhkəmə, korporativ, smart müqavilələr, elektron imza və digər hüquqi xidmətlər) göstərən ilk onlayn portal 

2) “ASAN Xidmət”lə 10 illik müqavilə imzalanıb: “ASAN xidmət”in bütün ölkə üzrə 29 binasında rəqəmsal öz-özünə sifariş köşklərinin yerləşdirilməsi (bundan sonra regionlarda yaşayanların sərfəli və peşəkar hüquqi xidmətlərdən yararlanması təmin ediləcək)

3) “Startup Grind Baku” tərəfindən təşkil edilən “International Meet Up’23” müsabiqəsinin qalibi: Azərbaycanı Kaliforniyanın San-Fransisko şəhərində keçirilən “Tech Crunch” tədbirində təmsil etməyə haqq qazandıq.

4) İrlandiyanın Dublin şəhərində keçirilən “Dublin Tech Summit”də Azərbaycanı təmsil edəcək 4 startapdan biri seçildi

5) Gənclər və İdman Nazirliyinin “MDB ölkələri üçün 100 layihə” qalibi kimi Azərbaycanı Belarusun Minsk şəhərində təmsil edəcək

6) “University of Nevada” və “Enterprise Azerbaijan” tərəfindən təşkil olunan “Startup School”un qalibi: 4000 AZN dəyərində qrant qazandı.

7) IDDA tərəfindən təşkil edilən “Founders Academy” qalibi: Avropa Unicorn Startap Şirkətlərindən birində 3 aylıq təcrübəyə sahib olmaq şansı qazandı

8) SMEDA-nın təşkil etdiyi “3-cü Qrant Müsabiqəsi”nin qalibi: 20000 AZN dəyərində qrantla mükafatlandırıldı

9) SABAH Hub tərəfindən keçirilən “4-cü Kohort” qalibi: 20000 AZN dəyərində investisiya qazandı

10) British American Tobacco-nun Azərbaycandan təşkil etdiyi “Battle of Minds”in yarımfinalçısı