PROSYS Məhdud Məsuliyyətli Cəmiyyəti

Təsvir – PROSYS MMC informasiya və kommunikasiya texnologiyaları üzrə 2010-cu ildən fəaliyyət göstərir. PROSYS şirkəti İKT layihələrin idarə olunması, layihələrin texniki tapşırıqlarının hazırlanmasını, tətbiqini və sənədləşdirilməsini, proqram təminatlarının işlənib hazırlanmasını, İKT avadanlıqlarının satışını və quraşdırılmasını həyata keçirir. PROSYS MMC-nin özünün hazırladığı ERP həlləri, Elektron Sənəd dövriyyəsi və digər proqram təminatı həlləri aşağıdakılardır: 1. DMSpro – Elektron Sənəd Dövriyyəsi Sistemi proqram təminatı 2. HRMpro – İnsan Resursları və əməkhaqqının idarəedilməsi proqram təminatı 3. TMSpro – Tapşırıq və Müraciətlərin idarəedilməsi proqram təminatı 4. FMSpro – Maliyyə və mühasibat uçotunun idarəedilməsi proqram təminatı 5. FAMpro – Əsas Vəsaitlərin uçotunun idarəedilməsi proqram təminatı 6. WMSpro – Anbarların idarəedilməsi proqram təminatı; 7. PMSpro – Elektron Təchizat İdarəetmə proqram təminatı 8. RMSpro – “Elektron Hesabat Sistemi” proqram təminatı 9. ECSpro – İmtahan və Attestasiya proqram təminatı 10. VASpro – Video Analitika proqram təminatı - real vaxt rejimli hadisələri (əvvəlcədən təyin olunmuş zonada və ya xəttin keçilməsi (cross line) hərəkətin aşkarlanması) xəbər verən video analitika proqram təminatıdır. 11. DSSpro – Vətəndaşları məlumatlandırma proqram təminatı 12. SCADApro – SCADA proqram təminatı. Bu proqram təminatları PROSYS MMC-nin özü tərəfindən hazırlanmışdır və tam yerli həlldir. Bir çox dövlət qurumlarında müvəffəqqiyyətlə tətbiq edilmiş və uzun illərdir ki, istifadə edilməkdədir. PROSYS MMC, hazırladığı proqram təminatlarının Əqli Mülkiyyət Agentliyindən müəlliflik hüquqlarına dair şəhadətnamələrini almışdır.

Şirkətin veb saytına keçid – http://www.prosys.az/

Cari il ərzində başlanmış ən azı 3 layihənin adı – 2024-cü il üzrə layihələr 1. PROSYS MMC ilə Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat MMC arasında imzalanmış - Mədəniyyət Nazirliyi və tabeli qurumlarında MRP - Müəssisə Resurslarının Planlaşdırılması üzrə DMSpro – Elektron Sənəd Dövriyyəsi, TMSpro – Müraciətlərin İdarəedilməsi, HRMpro - İnsan resurslarının və əmək haqqının idarəedilməsi, FMSpro - Maliyyə və mühasibatlığın İdarəedilməsi, PMSpro - Elektron təchizatın İdarəedilməsi, BMSpro - Büdcənin (Maliyyə və İcmal) idarəedilməsi proqram təminatlarının və eyni zamanda DMSpro – Elektron Sənəd Dövriyyəsi mobil versiyasının tətbiq edilməsi, sistem inteqrasiyalarının təmin edilməsi predmeti üzrə müqaviləsinin icrası davam edir, layihənin tamamlanma müddəti ilin sonuna qədərdir. 2. PROSYS MMC ilə İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi Məhdud Məsuliyyətli Cəmiyyəti - Prosedurların idarə edilməsi proqramı üzrə Lisenziyalar və İcazələr portalının yenidən yazılması və funksionallığının inkişaf etdirilməsi predmeti üzrə müqaviləsinin icrası davam edir, layihənin tamamlanma müddəti ilin sonuna qədərdir. 3. PROSYS MMC ilə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi - DMSpro – Elektron Sənəd Dövriyyəsi və onun mobil versiyasının tətbiq edilməsi predmeti üzrə müqaviləsi tam icra olunub, İcra Aktları mövcuddur. 2023-cü il üzrə layihələr 1. PROSYS MMC ilə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi – Azərbaycan Respublikasının Təhsil Nazirliyində HRMpro – İnsan Resursları və əmək haqqının avtomatlaşdırılması proqram təminatının tətbiq edilməsi, DMSpro – Elektron Sənəd Dövriyyəsi proqram təminatının təkmilləşdirilməsi predmeti üzrə müqaviləsi tam icra olunub, İcra Aktları mövcuddur. 2. PROSYS MMC ilə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi – Azərbaycan Respublikasının Təhsil Nazirliyində "TMSpro-Müraciətlərin Avtomatlşadırılmış İdarəetmə Sistemi" proqram təminatının təkmilləşdirilməsi predmeti üzrə müqaviləsi tam icra olunub, İcra Aktları mövcuddur. 3. PROSYS MMC ilə AR Sahibkarlığın İnkişafı Fondu - İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması prosesinin avtomatlaşdırılması üçün elektron kredit və zəmanət sisteminin hazırlanması predmeti üzrə müqaviləsi tam icra olunub, İcra Aktları mövcuddur. 4. PROSYS MMC ilə AZƏRİŞIQ ASC-də DMSpro – Elektron Sənəd Dövriyyəsi proqram təminatı üzrə yeni versiyasının və təkmilləşdirmələrin tətbiq edilməsi, texniki dəstək xidmətlərinin göstərilməsi predmeti üzrə müqaviləsi tam icra olunub, İcra Aktları mövcuddur.

Şirkətdə işçilərin sayı – 47

LinkedIn - https://az.linkedin.com/company/prosys-ltd-