Crocusoft

Təsvir – Crocusoft 2015-ci ildən yerli və xarici bazarlar üçün proqram təminatı həlləri hazırlanması üzrə ixtisaslaşmış, gənc, innovativ komandaya sahib proqram təminatı hazırlanması şirkətidir. Sürətlə inkişaf edən şirkətlərdən biri olaraq, 9 illik fəaiyyətimiz ərzində fərqli sənaye sahələrindən olan şirkətlər, təşkilatlar və dövlət qurumlarının işinin rəqəmsal əsaslarla təşkil edlməsində iştirak etmişik. Crocusoft ERP, E-commerce, CRM, Mobil tətbiq, TMS, WMS, LMS, Mobil loyallıq tətbiqləri, HRMS və digər həlləri təqdim edir.

Şirkətin veb saytına keçid – https://crocusoft.com/

Cari il ərzində başlanmış ən azı 3 layihənin adı – 1) E-Polis. E-Polis tətbiqi dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində uğurla icra etdiyimiz növbəti layihədir. Tətbiq vasitəsilə məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciətlər etmək, statusunu izləmək və onları rəqəmsal formada əldə etmək mümkündür. Virtual 102 funskionallığı vasitəsi ilə video, foto, səs yazısı və mətn vasitəsi ilə 102 xidmətinə müraciət etmək mümkündür. Həmçinin proqram vasitəsi ilə borcla bağlı ölkədən çıxışa STOP qoyulmasını, işğaldan azad edilən ərazilərə buraxılış icazəsinin mövcudluğunu da yoxlamaq mümkündür.

2) PASHA Hub. Layihə Pasha Holdingin sifarişi ilə hazırlanmış kollaborasiya və inkişaf platformasıdır. Layihənin məqsədi Pasha Holding-in daxili işçilərinin müxtəlif xidmətlərdən yararlana bilməsidir. Onlar daxili xəbərlərdən məlumatlana, tədbirlərə qoşula, öyrədici bir çox resursdan yararlana və müxtəlif mövzuları müzakirə edə bilərlər. Platforma daxilində həmçinin community yaratmaq xüsusiyyəti də mövcuddur ki, digər funksionallıqlarla bərabər daxili sosial şəbəkə rolunu da oynayır. Əlavə olaraq istifadəçilər üçün onlayn kurslarda iştirak etmək, bu kursları sevimli hissəsinə əlavə edə və ya qovluq yaradıb qruplaşdıra bilər.

3) Norm Cement Distributor. Tətbiq Norm məhsullarının daşınması prosesinin idarə edilməsi təmin edən logistika tətbiqidir. Norm Cement Distributor mobil tətbiqi sement məhsullarının nəqliyyat şirkətləri tərəfindən paylayıcı şirkətlərə çatdırılması prosesini sadələşdirir, sifariş tələblərinə uyğun olaraq vaxtında çatdırılmasını təmin edir. Tətbiq vasitəsilə həm distribyutorlar, həm də nəqliyyat şirkətləri bütün daşıma prosesini başlanğıcdan sona qədər səmərəli şəkildə idarə edə bilərlər.


4)Agrohub. “Agrohub” mobil tətbiqi Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafı naminə fermerlər və aqronomlar arasında kommunikasiyanı gücləndirmək məqsədilə yaradılıb. 

•    İstifadəçilər fermer və ya aqronom kimi qeydiyyatdan keçə bilərlər.

•    Fermerlər və aqronomlar istənilən mövzu ilə bağlı fikirləri, sualları və ya qarşılaşdıqları çətinlikləri mətn, şəkil və ya video formatında əsas səhifədə paylaşıb digər fermer və aqronomlarla müzakirə edə bilərlər. 

•    İstifadəçilər kənd təsərrüfatı avadanlıqları və ya digər məhsulları satmaq məqsədilə elanlar yerləşdirə bilər və ya ehtiyacı olan məhsulları elanlar səhifəsindən axtara bilərlər.

•    Tətbiq istifadəçiləri yetişdirdikləri məhsul növü, bölgə, suvarma üsulu, təsərrüfat ərazisinin sahəsi və s. məlumatları daxil edərək əkin əlavə edə bilərlər. Beləcə bu əkinə uyğun əkin məlumatları (suvarma, iqlim şəraiti, gübrələmə proqramı, xəstəliklərə və zərərvericilərə qarşı mübarizə formaları və s.) əlçatandır.

•    Fermerlər onları maraqlandıran bütün sualları çat vasitəsilə aqronoma yönləndirərək məsləhət ala bilərlər.

Şirkətdə işçilərin sayı – 50

LinkedIn - https://www.linkedin.com/company/crocusoft