Vəfa Muxtarova

Müxtəlif şəxsi inkişaf və motivasiya proqramlarında ekspert və mentor kimi iştirak etmişəm. “KAŞKİSİZ” kitabının müəllifi olmuşam və onun təqdimatlarını təşkil etmişəm. Universitetlərdə və ASAN Xidmət mərkəzlərində gənclər üçün çoxsaylı motivasiya təlimləri keçirmişəm. Ərəb ölkələri ilə bağlı diplomatiya üzrə ixtisaslaşdığım üçün ASAN könüllülərinə dörd dəfə, hər kurs iki ay davam edən, tamamilə pulsuz olaraq ərəb dili dərsləri də könüllü olaraq tədris etmişəm.

Bu il innovativ layihə olaraq 21 aprel Dünya İnnovasiya Günü ilə əlaqədar olaraq 5-ci Bakı “ASAN Xidmət” Mərkəzində Ekoloji İnnovasiya Guşəsi yaratdım. Mərkəzin İnnovasiya Nümayəndəsi kimi fəaliyyət göstərdim və bu guşəni ekoloji cəhətdən təmiz və innovativ ideyaları nümayiş etdirmək üçün dizayn etdim. Bu guşənin şəkillərinə Facebook profilimdə baxa bilərsiniz.

Sosial media səhifələrinin linkləri