
Əsgər Hüseynov
Mən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Bakı Mühəndislik Universiteti ilə birgə həyata keçirdiyi layihədə mentor kimi iştirak etmişəm. STEAM Azərbaycan tərəfindən təşkil olunan SAF2024 yarışmasında “Green Initiatives” kateqoriyasında münsif olmuşam. Bundan əlavə, Bakı Mühəndislik Universitetində yeni formalaşan startaplara mentorluq etmişəm.
Mən BEU və Yeni Fikir “ASSIP” proqramının həm Hackathon, həm də İnkubasiya hissələrinin təşkilində iştirak etmişəm. BEU və Azercell “CyberCell” Hackathonun təşkilatçısı olmuşam. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Open Data” layihəsi çərçivəsində “Open Data” anlayışı ilə bağlı tədbirin təşkilində iştirak etmişəm. Bakı Mühəndislik Universitetində (BMU) “ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” İnkubasiya proqramının təşkilində iştirak etmişəm. Həmçinin Müdafiə Sənayesi Nazirliyi və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi tərəfindən yaradılan “DEFAGE Bootcamp” intensiv təlim və inkişaf proqramının təşkilində iştirak etmişəm. BEU Texnopark olaraq innovasiya ilə bağlı bütün tədbirlərin UNV-da təşkilatçılığını həyata keçiririk.
Mən bu il aşağıdakı startaplara dəstək göstərmişəm: BEU “Son Ordu”, BEU “Phonex” və BEU “Enactus” komandası.
İlin Rezidenti
Ekosistemin Lokomotivi
İlin Startapı
İlin Rəqəmsal Layihəsi
İKT-də İlin Qadını
İlin Texnologiya Tədbiri
İlin Bacarıq Gücü
İlin Ekosistem Oyunçusu