
Travacco
Travacco turizm şirkətlərindəki mühasibatlıq, satış, rezervasiya, sənəd dövriyyəsi və komanda idarəetməsi proseslərini tam şəkildə rəqəmsallaşdıran ERP və CRM platformasıdır. Sistem vasitəsilə: Müqavilə, faktura, voucher , hesabatlar və digər sənədlər avtomatik hazırlanır; Satış, gəlir və ödəniş əməliyyatları real vaxtda izlənir; Müştəri və əməkdaş məlumatları mərkəzləşdirilmiş CRM sistemində idarə olunur; Avtomatik Telegram bildirişləri, AI əsaslı hesabatlar və mobil tətbiq ilə əməliyyatlar sürətləndirilir. Nəticədə, Travacco turizm şirkətlərinin kağız üzərində, Exceldə və əl ilə aparılan əməliyyatlarını tam rəqəmsal mühitə keçirir, insan səhvlərini azaldır və vaxt qənaətini təmin edir.
Travacco artıq 9 ölkədə aktiv şəkildə istifadə olunur — Azərbaycan, Türkiyə, Özbəkistan, Cənubi Afrika, Tacikistan, Albaniya, Şimali Makedoniya, BƏƏ və Mərakeş. Bu ölkələrdən ümumilikdə 95 turizm şirkəti Travacco-nun ödənişli istifadəçiləri sırasındadır. ERP və CRM sistemlərindən əlavə, mobil tətbiq və süni intellekt əsaslı avtomatlaşdırma (AI tools) üzərində işlər aparılır — hər iki modul hazırda beta mərhələsindədir. Travacco Telegram bildiriş, Email və avtomatik ödəniş funksiyalarını uğurla inteqrasiya edib.
İlin Rezidenti
Ekosistemin Lokomotivi
İlin Startapı
İlin Rəqəmsal Layihəsi
İKT-də İlin Qadını
İlin Texnologiya Tədbiri
İlin Bacarıq Gücü
İlin Ekosistem Oyunçusu