Orxan Əhmədov

Bir sıra proqramlarda ekspert, mentor, təlimçi, spiker və münsif kimi iştirak etmişəm. EcomX proqramında mentor və təlimçi olmuşam, UNEC Bootstart İnkubasiya proqramında mentor kimi fəaliyyət göstərmişəm, AZTU BitGet proqramında münsif olmuşam. Həmçinin, "Sabah Angel AngelConnect" proqramında ekspert kimi iştirak etmişəm və "Micro SaaS Hackathon"-da münsif olmuşam.

ecomX proqramını İRİA, SUP VC və BonPara ilə əməkdaşlıq çərçivəsində birgə təşkil etmişəm.

İl ərzində toplam 30 startapa dəstək göstərmişəm. Bunlardan 21-i EcomX, 2-si UNEC, 3-ü AZTU BitGet proqramı çərçivəsində, 4-ü isə fərdi mentor dəstəyi ilə olub.