Builders And Realtors Unity MMC

GBARU.com nədir? GBARU.com beynəlxalq B2B (Business-to-Business) təchizat və əlaqə platformasıdır. Platforma yerli və xarici şirkətləri bir araya gətirərək onların birbaşa biznes əlaqələri qurmasına şərait yaradır. Onun əsas funksiyaları arasında Özəl Satınalmalar, burada şirkətlər ehtiyac duyduqları məhsul və xidmətləri elan kimi yerləşdirir və digər üzvlər bu ehtiyaclara uyğun təkliflər göndərir; Hərrac Sistemi, şirkətlər məhsul və avadanlıqlarını hərraca çıxarır və iştirakçılar ən sərfəli təklifi qəbul edə bilir; Kampaniya və Xidmət Tanıtımı, üzv şirkətlər məhsul və xidmətlərini birbaşa hədəf auditoriyasına çatdırır, bu həm satış, həm də brend tanıtımı üçün üstünlük təmin edir; Vakansiya Elanları, şirkətlərin işçi axtarışını apararaq potensial namizədlərlə birbaşa əlaqə yaratmasına imkan verir; Bank və Maliyyə Dəstəyi isə tender və hərraclarda iştirak edən şirkətlərin maliyyə ehtiyacı olduqda birbaşa banklarla əlaqə qurmasına imkan verir.

Startapın inkişaf mərhələsi - Scaling

Biznes modeli - B2B

Son 12 ayda istifadəçilərin/müştərilərin sayının dinamikası: Son 12 ay ərzində GBARU.com platformasında qeydiyyatdan keçən şirkətlərin sayı ardıcıl artım nümayiş etdirmişdir. Platforma B2B əlaqələrin qurulmasında və şirkətlər arasında birbaşa əməkdaşlığın formalaşmasında mühüm rol oynayır. 2024-cü ilin noyabrından 2025-ci ilin oktyabrına qədər qeydiyyatdan keçən şirkətlərin ümumi sayı 15-dən 180-ə qədər artmış, davamlı və sabit inkişaf dinamikası göstərmişdir. Bu artım platformanın bazarda tanınması və B2B əlaqələrin effektivliyinin artması ilə birbaşa bağlıdır.