SİMA İmza– bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır. Mobil tətbiq əsaslı SİMA əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan verir.

- SİMA İmza mobil tətbiqi ilə dövlət və özəl qurumlara aid 150-dən çox müxtəlif xidmətdən istifadə etmək olar. - SİMA İmza hazırda 30-a yaxın müxtəlif dövlət və özəl qurumla tərəfdaşlıq edir. - SİMA İmza mobil tətbiqini yükləyən 500 mindən çox istifadəçi yeni nəsil rəqəmsal imzanın üstün xidmətlərindən yararlanır.