Payriff MMC

CityCard, Payriff MMC tərəfindən innovativ texnologiyalar əsasında hazırlanmışdır və sərnişinlərə nəqliyyat ödənişlərini daha sadə, təhlükəsiz və müasir rəqəmsal formada həyata keçirməyə imkan verir. Azərbaycanın ilk milli nəqliyyat ödəniş həlli olaraq CityCard, Gəncə sakinlərinə Apple Pay/Google Pay, bütün bank kartları, plastik CityCard və QR kod vasitəsilə nağdsız ödəniş imkanı təqdim edir.

Azərbaycanın ilk milli nəqliyyat ödəniş sisteminin — CityCard — yaradılması; Nəqliyyat ödənişlərinin rəqəmsallaşdırılması və nağdsız ödəniş infrastrukturunun qurulması; Apple Pay, Google Pay, bank kartları, plastik CityCard və QR kod vasitəsilə ödəniş imkanı yaradılması, sərnişinlər üçün daha rahat və təhlükəsiz təcrübə təmin edilməsi; Gəncə şəhərində ictimai nəqliyyat sisteminin modernləşdirilməsi və innovativ texnologiyalarla inteqrasiyası; Yerli texnoloji potensialın inkişafı və Payriff MMC tərəfindən milli fintech həllinin uğurla tətbiqi.