Aydan Şahaliyeva

Halhazırda Algoritmics Qlobalda Stratup Trainer kimi çalışıram. İnnostart hakatonunun Sumqayıt şəhəri üzrə qalibiyəm Yerli gənclərin texnologiya sahəsində inkişafını dəstəkləyən “Code of Month” və "For Job Life" layihələrində mentor kimi iştirak etmişəm. “KOICA SAP” və “GIST Innovates South Caucasus” beynəlxalq proqramında iştirak etmişəm

Mən 2025-ci ildə bir sıra texnoloji və innovativ layihələrdə iştirak etmişəm. Hilay Company-də gənclərin İT bacarıqlarının inkişaf etdirilməsi və mentorluq mühitinin yaradılmasında fəaliyyət göstərmişəm. "Work Simulation Academy"-də işə və qazanca hazırlıq məqsədilə simulyasiya proqramında iştirak etmişəm. "CodePays" startapında proqramçılar üçün işə qəbul hazırlığı layihələrində rol almışam. E-Business Card layihəsində NFC texnologiyalı rəqəmsal vizitkart sisteminin yaradılmasına dəstək vermişəm. "For Job Life" proqramında iş həyatı üçün təlim və mentorluq fəaliyyətlərində iştirak etmişəm. "COP29 IT Hackathon"-da iqlim texnologiyaları üzrə innovativ ideyaların yarışmasında iştirak etmişəm. Rezneed layihəsində isə onlayn rezervasiya platformasının inkişafı prosesində fəaliyyət göstərmişəm.

Sosial media səhifələrinin linkləri