
Vüsalə Əliyeva
Bir neçə proqram və tədbirdə mentor və münsif üzvü kimi iştirak etmişəm. 2024-cü il Respublika Robot Olimpiadasında Robomission Elementary kateqoriyasında mentor olmuşam. 2023-cü il Beynəlxalq STEAM Azərbaycan Festivalında "FIRST LEGO LEAGUE Explore" kateqoriyasında münsif üzvü kimi çalışmışam. Həmçinin 2023-cü il "FIRST LEGO LEAGUE Explore Azerbaijan" çempionatında və 2022-ci il Texnofest Azərbaycan çempionatında komandalara mentorluq etmişəm.
2025-ci ilin 28–29 iyun tarixlərində Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında Dünya Robot Çempionatının (WRC) Azərbaycan üzrə final mərhələsini təşkil etmişəm. Müsabiqə Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası (AREA) tərəfindən Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IDDA) dəstəyi ilə keçirilmişdir. WRC beynəlxalq çempionatı dünya üzrə 50-dən çox ölkədən 2 500-dən artıq komandayı bir araya gətirir. Azərbaycan finalına seçilən 760 müraciətdən 120 komanda (360 gənc) – 20 region, 14 universitet və 100-dən çox məktəbdən – mübarizə aparmışdır. Qalib komandalar Azərbaycanı Hindistanın Yeni Delhi şəhərində təmsil etmişdirlər.
İlin Rezidenti
Ekosistemin Lokomotivi
İlin Startapı
İlin Rəqəmsal Layihəsi
İKT-də İlin Qadını
İlin Texnologiya Tədbiri
İlin Bacarıq Gücü
İlin Ekosistem Oyunçusu