Sara Quliyeva

Bu il bir neçə beynəlxalq yarış və tədbirdə mentor və münsif üzvü kimi iştirak etdim. STEAM Azərbaycan SAF 2023-də VidX kateqoriyası üzrə münsiflər heyəti üzvü kimi çalışdım. Beynəlxalq Kosmik Olimpiada, AIRO 2025, Birinci Lego League Azərbaycan Çempionatı, STEAM Azərbaycan 2024 və WRC 2025-də mentor oldum.

Bu il müəllim kimi fəaliyyət göstərdiyim müddət ərzində şagirdlərimə milli və beynəlxalq yarışlar üçün mentorluq etdim. Şagirdlərin layihələrinin  yazılmasına rəhbərlik etdim, robotların elektronikasını dəstəklədim və təmir etdim, müvafiq çipləri proqramlaşdırdım. Yarışlar arasında: SAF 2024 “Təmiz Dalğa” layihəsi Dostluq Mükafatı aldı. Altı ay ərzində müxtəlif aylıq yarışları əhatə edən International Cosmic Olympics  Milli Turunun final mərhələsində iştirak etdik. Bu dövrdə Azərbaycan, rus və ingilis bölmələrindən olan şagirdlərim kosmik mövzuda oyunlar proqramlaşdırdılar, podkastlar yaratdılar, ictimai təqdimatlar etdilər, kosmik mövzularda məruzələr hazırladılar, 3D formatında kosmik gəmi dizayn etdilər və nəhayət prototipi quraraq münsiflərə təqdim etdilər. AIRO 2025-də “Robotic Startup” kateqoriyasında 3-cü, “Line Follower” kateqoriyasında isə 2-ci yeri tutduq. First Lego League Azərbaycan Çempionatında komandamız “Yüksəliş” Mükafatını aldı. Bundan əlavə, International Satellite Competition  və VEX Robotics 2025 VEX V 5 robot kateqoriyası üzrə beynəlxalq yarışlarında  əsas mentorlara və komandalara  dəstək göstərmişəm.