Online Study Academy

Osa.az olaraq vizyonumuz, hər kəs üçün bir toxunuşla əlçatan olan innovativ təhsil platforması qurmaqdır. İnanırıq ki, öyrənmək hər bir insanın haqqıdır. Elmə və bacarıqlara çıxış bərabər imkanlarla təmin edilməlidir. Bilikli və bacarıqlı cəmiyyət, daha güclü və gözəl bir dünyanın təməlidir. Biz Osa.az platformasında milyonlarla istifadəçiyə istədikləri ixtisasları və bilik sahələrini rahat, sürətli və əlverişli şəkildə öyrənmək imkanı yaradırıq. İstifadəçilər özlərinə uyğun müəllimi seçə, onlayn dərslərə qoşula, randevu ala və müxtəlif sınaq imtahanlarından istifadə edə bilərlər. Platformamızda fəaliyyət göstərən müəllim, mentor və təlimçilər yalnız sahəsində təcrübəli peşəkarlar deyil, eyni zamanda MIQ və Sertifikasiya imtahanlarında yüksək nəticələr əldə etmiş mütəxəssislərdir. Bu isə keyfiyyətli tədrisə zəmanət verir. OSA komandası öyrənmə prosesini daha effektiv etmək üçün daim yenilənən məzmunlar və fərdiləşdirilmiş tədris metodları ilə çıxış edir. Osa.az-ın əsası 2025-ci ildə, Cəlilabad, Azərbaycan şəhərində təsisçi Elməddin Mirzəyev tərəfindən qoyulmuşdur. Lənkəran-Astara regionunda keçirilən SUP.VC innostart layihəsində qalib olmuşdur. Sosial məsuliyyəti fəaliyyətinin ayrılmaz hissəsi kimi görən şirkət, illik gəlirinin 5%-ni təhsilə çıxışı məhdud olan, lakin potensialı yüksək olan şagirdlərin hazırlığına və erkən yaşda təhsildən uzaqlaşdırılmış, erkən nikaha məruz qalmış xanımların inkişafına hədiyyə edir.

Startapın inkişaf mərhələsi - Məhsul

Biznes modeli - B2C

Son 12 ayda istifadəçilərin/müştərilərin sayının dinamikası - 84