Təkəbbür Mirzəyev

Mən aşağıdakı proqramlarda ekspert, mentor, təlimçi, spiker və qiymətləndirici kimi iştirak etmişəm: PAŞA Bank Hackathon 2025-də AI və CRM istiqamətləri üzrə mentor olmuşam. UNEC Mentor İnkubasiya Proqramında startap və məhsul inkişafı layihələrinə rəsmi mentor kimi rəhbərlik etmişəm. Figma Friends icması görüşündə (2025) “Product Ownership və Design” əməkdaşlığı mövzusunda spiker kimi çıxış etmişəm. BDA Məhsul Sahibləri Məzun İmtahanı (2025) zamanı mentor və qiymətləndirici kimi iştirak etmişəm. "Product Evolution Hub" mentor sessiyaları seriyasında 2024–2025-ci illərdə 20+ mentor sessiyasının təşkilatçısı və moderatoru olmuşam. "Lean Six Sigma" təlimlərini (Yellow, Green, Black Belt) təlimçi və beynəlxalq sertifikat təqdim edən qlobal partnyor kimi keçirmişəm. Product Ownership və Agile təlimlərini (2024–2025) Product Evolution Hub çərçivəsində PO və Scrum mövzularında təlimçi kimi aparmışam. "ProductHub" və "Product Evolution Hub" tədbirlərində moderator və spiker kimi iştirak etmişəm.

Mən bir neçə proqramın birgə təşkilatçısı olmuşam. "Product Evolution Hub Mentor" Görüşləri Seriyası (2024–2025) çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə 20-dən çox mentor görüşü və panel müzakirəsi təşkil etmişəm. "Lean Six Sigma" Təlim Proqramları (Yellow, Green, Black Belt) "Lean Six Sigma Institute" ilə əməkdaşlıq çərçivəsində beynəlxalq səviyyədə tanınan təlimləri təşkil etmişəm və iştirakçılara sertifikatlar təqdim etmişəm. Product Ownership və Agile Təlimləri (2024–2025) "International Scrum Institute" ilə tərəfdaşlıq əsasında Product Ownership, Scrum və Agile yönümlü təlim proqramlarını təşkil etmişəm. PAŞA Bank Hackathon 2025-i bankın innovasiya mərkəzi ilə birgə AI və CRM həllərinə fokuslanan layihə kimi təşkil etmişəm. Bundan əlavə, "ProductHub" və "Product Evolution" Hub icması daxilində müxtəlif workshop, meet-up və panel tədbirlərinin birgə təşkilatçısı olmuşam.

İl ərzində bir neçə startapa müxtəlif istiqamətlərdə dəstək göstərmişəm. UNEC Mentor İnkubasiya Proqramı çərçivəsində erkən mərhələdə olan startaplara məhsul strategiyası, MVP quruluşu və müştəri dəyəri analizi üzrə mentorluq etmişəm. Product Evolution Hub vasitəsilə 10-dan çox yerli startap komandasına məhsulun bazara çıxarılması, istifadəçi sorğularının təhlili və Lean metodologiyasının tətbiqi üzrə fərdi məsləhət və dəstək göstərmişəm. PAŞA Bank Hackathon 2025 zamanı iştirak edən komandaların ideyalarının formalaşması və prototiplərin hazırlanması mərhələsində mentor kimi dəstək olmuşam. Həmçinin, Figma Friends və BDA Məhsul Sahibləri proqramlarında yeni məhsul ideyası olan iştirakçılara biznes model, UX və Product Ownership istiqamətlərində tövsiyələr vermişəm.