
Disleksiya
Sosial Agentlik Nizamnaməsi ilə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Fəaliyyət istiqamətinə uyğun olaraq, sosial xidmət sahəsində dövlət sifarişlərini bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsini təşkil edir. 100-dən çox QHT və digər hüquqi və fiziki şəxslər ilə əməkdaşlıq edərək müxtəlif layihələr icra olunmuşdur. Agentliyin dövlət sifarişlərinin əsas məqsədi cəmiyyətin həssas təbəqələrinin həyatını asanlaşdırmaq və onlara keyfiyyətli sosial xidmətlər təqdim etmək olmuşdur. Həssas kateqoriyalardan olan şəxslər, xüsusən əilliyi olan uşaqlar əsas hədəf qruplarını təşkil etmişdir. Əlilliyi olan uşaqların cəmiyyətin tamhüquqlu üzvləri kimi formalaşması və sosial həyata inteqrasiyası müasir dövrdə dövlətin əsas sosial siyasət istiqamətlərindən birinə çevrilmişdir. Bu kontekstdə, Agentlik yarandığı dövrdən etibarən sosial sifariş mexanizmlərindən istifadə etməklə əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya xidmətlərinin təşkilinə xüsusi diqqət yetirir. 2025-ci ildə Agentliyin soisal sifarişi ilə "Disleksiyadan əziyyət çəkən uşaqların qiymətləndirilməsi və öyrənmə imkanlarının genişləndirilməsi ilə bağlı innovativ təşəbbüslərin həyata keçirilməsi" layihəsi çərçivəsində “Disleksiya” mobil tətbiqi yaradılmışdır. Disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və riyazi qabiliyyətlərin qazanılması və istifadə edilməsi zamanı yaranan çətinliklərlə özünü göstərən bir öyrənmə pozuntusudur. Disleksiyadan əziyyət çəkən uşaqların cəmiyyətə inteqrasiyasına köməklik edilməsi və cəmiyyətin onlarla ünsiyyətinin və fəaliyyətinin asanlaşdırılması, həmin uşaqların akademik potensiallarının üzə çıxarılması üçün disleksiya ilə bağlı screening və qiymətləndirmə alətlərinin hazırlanması və disleksiya ilə bağlı inkişaf fəaliyyətləri üçün valideynlərin bacarıqlarının artırılmasına dəstək mobil tətbiqin yaradılmasında əsas məqsəddir. Bu tətbiqdə təqdim olunan məlumat və tövsiyələr yalnız təhsil və məlumatlandırma məqsədləri üçün nəzərdə tutulmuşdur və tibbi diaqnoz qoyma və ya müalicə məsləhəti kimi qəbul edilməməlidir.
Layihənin məqsədi disleksiyadan əziyyət çekən uşaqların cəmiyyətə inteqrasiyasına köməklik edilməsi və cəmiyyətin onlarla ünsiyyətini asanlaşdırmaqdır. Gözləntimiz Disleksiya olan uşaqların vəziyyətinin daha yaxşı qiymətləndirilməsi ; Təhsil sistemində bu uşaqların ehtiyaclarını qarşılayacaq metodların tətbiqi Müasir texnoloji alətlər və mobil tətbiqlərlə uşaqların öyrənmə prosesini asanlaşdırmaqdır. Gözlədiyimiz nəticələr: Mobil tətbiq vasitəsilə disleksiya əlamətlərinin erkən aşkarlanması; Valideynlərə və müəllimlərə dəstək funksiyalarının təqdim olunması; Uşaqların oxuma-yazma bacarıqlarının inkişafı; Təhsil sistemində müxtəlifləşdirilmiş strategiyaların qəbul edilməsi. Layihə çox yenidir və digər sosial layihələrimiz kimi gözəl nəticələr əldə edəcəyimizi düşünürük.
İlin Rezidenti
Ekosistemin Lokomotivi
İlin Startapı
İlin Rəqəmsal Layihəsi
İKT-də İlin Qadını
İlin Texnologiya Tədbiri
İlin Bacarıq Gücü
İlin Ekosistem Oyunçusu