"Sənə-özəl" tətbiq

Fiziki proseslərin rəqəmsallaşdırılmasına və istifadəçilərin dövlət və ya özəl təşkilatlarla qarşılıqlı əlaqəsinin sadələşdirilməsinə yol verən E-sosial tətbiqinin yeni versiyası istifadəyə verilmiş və bu versiyada əlilliyi olan şəxslər üçün “Sənə özəl” adlı xüsusi bölmə yaradılmışdır. Bu bölmədə əlilliyi olan şəxslər üçün rəqəmsal əlillik kartı yaradılmış və istifadəyə verilmişdir. Bu bölmə vasitəsilə vətəndaşlar fiziki sənəd təqdim etmədən dövlət və özəl qurumlarla rəqəmsal şəkildə əlilliklərini təsdiq edə bilərlər. Həmçinin, rəqəmsal əlillik kartının QR kodu vasitəsilə partnyorlardan xüsusi güzəştlər və imtiyazlardan faydalanmaq mümkündür. Sənə özəl keçidinin əsas funksionallıqları: Şəxsi məlumat paneli: • Rəqəmsal Əlillik Kartı (Smart Disability Card) • Əlillik barədə əsas məlumatlar Reabilitasiya: • Rezervasiya (online booking) • Telereabilitasiya • Reabilitasiya vasitələri üçün müraciət Güzəşt və imtiyaz proqramları: • Xüsusi endirimlər və təkliflər • Tərəfdaşlıq və dəstək proqramları 

Meyar 1: Fiziki proseslərin rəqəmsallaşdırılmasına və istifadəçilərin dövlət və ya özəl təşkilatlarla qarşılıqlı əlaqəsinin sadələşdirilməsinə yol verən E-sosial tətbiqinin yeni versiyası istifadəyə verilmiş və bu versiyada əlilliyi olan şəxslər üçün “Sənə özəl” adlı xüsusi bölmə yaradılmışdır. Bu bölmədə əlilliyi olan şəxslər üçün rəqəmsal əlillik kartı yaradılmış və istifadəyə verilmişdir. Bu bölmə vasitəsilə vətəndaşlar fiziki sənəd təqdim etmədən dövlət və özəl qurumlarla rəqəmsal şəkildə əlilliklərini təsdiq edə bilərlər. Həmçinin, rəqəmsal əlillik kartının QR kodu vasitəsilə partnyorlardan xüsusi güzəştlər və imtiyazlardan faydalanmaq mümkündür.