EduRobot MMC

Layihə haqqında məlumat (rəqəmsallaşdırılmış proseslər) SmartAbituriyent platforması Azərbaycan təhsil sistemində abituriyent seçimi prosesində mövcud olan informasiyaya çıxış çətinliyi, təhlilsiz qərarvermə problemləri və bərabərsizlik halları kimi mühüm boşluqları hədəfə alaraq yaradılıb. Aşağıdakı proseslər tam rəqəmsallaşdırılmış və istifadəçi yönümlü şəkildə təqdim edilmişdir: 1. Keçmiş illərin qəbul nəticələrinin rəqəmsallaşdırılması 2021, 2022, 2023 və 2024-cü illər üzrə bütün ixtisasların keçid balları və plan yerləri üzrə məlumatlar toplanmış və interaktiv analiz sisteminə inteqrasiya edilmişdir. İstifadəçi sadə filtrasiya (qrup → ixtisas) vasitəsilə əvvəlki illərlə müqayisə edə bilir və qəbul şansı ilə bağlı real məlumat alır. 2. Real zamanlı statistik təhlil və proqnozlaşdırma Platforma istifadəçinin imtahan balı və seçdiyi qrup əsasında potensial qəbul ola biləcəyi ixtisasları hesablamaq qabiliyyətinə malikdir. Ən azı 3 il üzrə verilənlərə əsaslanaraq trend proqnozları təqdim edilir: plan yerlərinin artıb-azalması, keçid ballarının yüksəlməsi və ya enməsi. 3. Chatbot funksiyası (WhatsApp və tətbiq içi) SmartAbituriyent platformasında tədris proqramına əsaslanan interaktiv süni intellekt köməkçisi yerləşdirilib. İstifadəçi sadə şəkildə sual yazır (məsələn, “Fizika ilə hara düşə bilərəm?”) və sistem real verilənlər əsasında cavab verir. 4. PDF formatında analitik hesabatların generasiyası İstifadəçi seçdiyi parametrlərə uyğun olaraq PDF çıxarışlar əldə edir. Bu hesabatlarda keçid balları, plan yerləri və əvvəlki illərlə müqayisəli analiz təqdim olunur. Bu sənədlər valideynlər, müəllimlər və repetitorlar tərəfindən dəstəkləyici vasitə kimi istifadə edilir. 5. İstiqamətləndirici seçim simulyatoru Platformada istifadəçi öz seçimlərini sıralayır, sistem isə əvvəlki illərin məlumatları əsasında hər bir ixtisas üzrə risk səviyyəsini təyin edir: “Yüksək şans”, “Orta risk”, “Balınız uyğun deyil”. Bu, abituriyentin təhlükəsiz seçim balansı qurmasına kömək edir. 6. Təhsil forması və ödənişli/qəbul statusu analizləri Məlumat bazasında hər ixtisas üçün dövlət sifarişi və ödənişli yerlər, əyani və qiyabi təhsil formaları ayrılıqda göstərilir. İstifadəçi bu seçimləri süzgəcdən keçirərək daha düzgün qərar verir.
 
Startapın inkişaf mərhələsi – Məhsul 

Biznes modeli - B2C

Son 12 ay ərzində istifadəçilərin/müştərilərin sayının dinamikası – 5,575 istifadəçi

Sosial media səhifələrinin linkləri