WRC Azerbaijan 2025

WRC Azerbaijan 2025 — robototexnika, mühəndislik, aviasiya, süni intellekt və digər texnologiya sahələrini bir araya gətirən beynəlxalq Dünya Robot Çempionatının (WRC) Azərbaycandakı milli mərhələsidir. Layihə 2023-cü ildən etibarən hər il iyun ayında Gənclər və İdman Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi , İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi nin dəstəyi və Azərbaycan Robotexnika Mühəndislik Akademiyası (AREA) tərəfindən ilə təşkil olunur. Layihənin əsas məqsədi gənclərdə texnologiyaya marağı artırmaq, onların mühəndislik və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, komandada işləmə və innovativ düşüncə qabiliyyətini formalaşdırmaqdır. 2025-ci il üzrə Azərbaycan finalı 28-29 iyun tarixlərində Bakı İdman Sarayında baş tutub. Bu mərhələdə 760 müraciət arasından seçilən 120 komanda (360 iştirakçı) mübarizə aparıb. Yarışlarda 8-30 yaş aralığındakı gənclər iştirak edə bilir. Tədbirdə bir neçə kateqoriya mövcuddur: WRC BotsCombat – uzaqdan idarə olunan döyüş robotları yarışları, WRC RC Craft – radio-idarə olunan uçuş aparatlarının hazırlanması və idarəsi, WRC Drone – dron sürət və bacarıq yarışı, WRC RoboSoccer – robot futbol, və Fastest Line Follower kimi texnoloji alt-kateqoriyalar. Azərbaycan komandaları beynəlxalq final mərhələsində ölkəni təmsil edərək, 2025-ci ildə Hindistanın Yeni Delhi şəhərində keçirilən Dünya Robot Çempionatında iştirak edirlər.

İştirakçıların sayı 360

Spikerlərin sayı 5

Startapların sayı 2